Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:49

İsa Qəmbər: «Bu, sui-qəsddir» [Video]


Müsavatçılara kimlər nəyə görə hücum etdilər?
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00
-
«Bu daş bizim maşınlara atılan daşlardan biridir. Mənim soyadım kimi, qəmbər daşıdır. Bu daş bir adamın başına dəysə, o adam salamat qalacaq-qalmayacaq, bəlli deyil. Bu daş şüşəni sındırıb maşının içinə düşüb. Bu daş sərnişinlərdən birinə dəysəydi, nə olacaqdı? Bu cinayətə görə kim cavab verəcəkdi – İlham Əliyev, Ramiz Mehdiyev, ya kim? İstəyirəm ki, bunu hər kəs ciddi düşünsün…».

Bu sözləri Müsavat başqanı İsa Qəmbər yanvarın 13-də Lənkəranda hücum vaxtı onlara atılan daşı mediaya göstərə-göstərə deyirdi. Müsavat başqanı bu olayı sui-qəsd sayır:

«Hansı tərəfdən baxırsınızsa-baxın, bu, bir sui-qəsd hadisəsi idi. Bu sui-qəsdə görə İlham Əliyev, Ramiz Mehdiyev, onların tapşırığını icra edən hər bir kəs məsuliyyət daşıyır. Bizim yanaşmamız budur. Belə deyilsə, sübut etsinlər ki, belə deyil. Onlar ediblər bu cinayəti».

HÜCUM YOX, ETİRAZ

Daxili İşlər Nazirliyi isə bildirir ki, heç bir hücumdan söhbət gedə bilməz. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, bu, etirazdır:

«Lənkəranda kiməsə hücumdan söhbət belə gedə bilməz. Rayonun Göyşaban kəndinin ərazisində qadınlardan ibarət bir qrup yerli sakin onların yoluna çıxıb. Qadınlar öz etiraz və nifrətlərini bildiriblər. Bir qrup qadının qəzəbini, nifrətini görən İsa Qəmbərgil elə ordan da rayon ərazisini tərk eləmək məcburiyyətində qalaraq, qayıdıb gəliblər. Bundan başqa, orada heç bir hadisə olmayıb. Xəsarət alan, zərər çəkən olmayıb. Ona görə bunu hücum deyə şişirtmək, siyasiləşdirmək düzgün deyil».

Ehsan Zahidov dedi ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət daxil olub:

«Müraciət qanuna müvafiq olaraq qeydiyyata alınıb. Müraciətdə göstərilən xüsusatlar araşdırılır».

Müsavat başqanı İsa Qəmbər isə deyir ki, polis hücum edənlərin qarşısını almaq üçün heç bir addım atmayıb.

Lənkəran rayon İcra Hakimiyyətindən bildiriblər ki, İsa Qəmbərin Lənkərana gəlişindən onların xəbəri
Zəfər Quliyev
Zəfər Quliyev
olmayıb.

Hücum olayı yanvarın 14-də ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nicolas Detsch ilə İsa Qəmbərin Müsavat Partiyasının qərargahında gerçəkləşdirilən görüşündə də müzakirə olunub.

«RAYONLARA GETMƏYİN, YOXSA...»

Politoloq Zəfər Quliyev Müsavat başqanına olan hücumun seçki ilində baş verməsinə diqqət çəkir:

«Bu cür təxribatlar narahatlıq doğurur. Elə bil ki, hakimiyyət həm müxalifətə, həm də bu düşərgədən olan prezidentliyə namizədlərə xəbərdarlıq etmək istəyir. Yəni, rayonlara getməyin, camaatla ünsiyyətə girməyin. Yoxsa sizi bu cür və bundan da betər və riskli təxribatlar gözləyir. Çox uğursuz və səhv yanaşmadır».

Politoloq Mübariz Əhmədoğlunun fikrincə, bu hadisənin seçki ilə bağlılığı yoxdur:

«Seçki vaxtı Azərbaycanda formalaşmış ənənə var. Bütün namizədlər həm efir vaxtından, həm görüşlərdən gen-bol istifadə edirlər. Heç bir maneçilik də törədilmir. Hesab edirəm ki, indi baş verənin seçki ilə əlaqəsi yoxdur».

Yanvarın 13-də Lənkəranda Müsavat Partiyası rəhbərliyinə hücum olub. Müsavat Partiyasından verilən məlumata görə, onlar daşa tutulub, maşınları zədələnib.
XS
SM
MD
LG