-
Müzəffər Baxışov:
«Hafiz Hacıyevin dediklərini Azərbaycan qanunvericiliyi ilə uyğunlaşdıranda, burda həqiqətən cinayət var. Burda söhbət konkret bir əməldən, qulağın kəsilməsindən gedir. Çağırışın özü kriminaldır. Onun qətlinə sifariş versəydilər, bu, artıq Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə terror aktı kimi tövsüf olunur... Cinayət Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyəti yaradır. Terror aktı da xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir deyə, terror aktına hazırlıq cinayət məsuliyyətinə səbəb olur... Burda söhbət konkret qulağın kəsilməsindən getdiyindən, bu, qəsdən sağlamlığa ağır zərbə vurma (Cinayət Məcəlləsinin 126-cı maddəsi) əməli kimi tövsüf olunmalıdır. Amma burda bu məsələlər Əkrəm Əylislinin ictimai fəaliyyəti ilə bağlı olduğuna görə Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi əsas tutulmalıdır. Yəni, ağırlaşdırıcı halda sağlamlığa ağır zərərvurma cinayətinə hazırlıq əməli kimi tövsüf olunmalıdır. Orada da 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur...».
Xaliq Bahadır:
«Bu işə Ədliyyə Nazirliyi də qarışmalıdır. Müasir Müsavat Partiyası siyasi təşkilat kimi Ədliyyə Nazirliyində qeydə alınıb. İndi Hafiz Hacıyevin dediklərindən belə çıxır ki, onların orada arsenalı var, onlar siyasi partiya deyil, terror təşkilatıdır. Bəlkə onların orada silahı da var. Azərbaycan dövlətçiliyinə qarşı çıxa bilərlər. Bunlar da yoxlanmalıdır...».