Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:29

Vəkil Xalid Bağırov Naxçıvanda təzyiqlə üzləşib


Xalid Bağırov
Xalid Bağırov
-

Vəkillər Kollegiyası Xalid Bağırovla bağlı baş verənlərdən xəbərdardır

Vəkillər Kollegiyasının sərdi Azər Tağıyev AzadlıqRadiosuna deyib:

«Biz məsələni araşdırmışıq, hazırda Xalid Bağırov Sədərək məhkəməsində prosesdə iştirak edir».

Vəkilin Naxçıvan hava limanında təzyiqlərlə üzləşməsi barədə deyilənlərə gəldikdə, Azər Tağıyev bu barədə məlumatsız olduğunu deyib.

VƏKİL TƏZYİQLƏ ÜZLƏŞİB

Vəkil Xalid Bağırov fevralın 13-ü səhər saatlarında Bakıya gələrkən Naxçıvan aeroportunda saxlanılıb və geri qaytarılıb. Bu barədə AzadlıqRadiosuna X. Bağırovun özü məlumat verib:

«Müdafiə etdiyim şəxslər mənim vəkillik fəaliyyətimi məhdudlaşdırdığı üçün onların fevralın 13-nə təyin olunan məhkəmə prosesində iştirak edə bilməyəcəkdim. Bu səbəbdən də Bakıya qayıtmalı idim. Bu gün səhər saat 10 radələrində təyyarəyə minərkən mülkigeyimli şəxslər məni təhqir etdilər, söydülər, pasportumu, telefonumu əlimdən aldılar və məni zorla maşına mindirib məhkəməyə gətirdilər. Məhkəməyə az qalmış məni maşından düşürüb, dedilər get məhkəməyə. Mən imkan tapıb sizə başqa bir telefondan zəng etmişəm».

Vəkil Xalid Bağırov naxçıvanlı iş adamı Məhəmməd Qurbanovun müdafiəsi ilə bağlı bir gün əvvəl Naxçıvana gedib.

Sahibkar Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar.

Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.

Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. Bu ittihamlarla onlar 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanılırlar.
XS
SM
MD
LG