-
Şəxsiyyət vəziqəsi və pasportların verilməsi qaydaları Daxili İşlər Nazirliyinin saytında.
Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsinin 2 növü var:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
- ərizə-anket ;
- doğum haqqında şəhadətnamə;
- qan qrupu haqqında tibbi arayış;
- valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
- ərizə-anket ;
- şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
- şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
- yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnundövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
- tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
- 3 ədəd fotoşəkil (rəngli 3x4);
- dövlət rüsumunun ödənilməsi barədə qəbz;
- şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi;
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər:
- Vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda - hərbi xidmət başa çatanadək;
- Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
Şəxsiyyət vəsiqəsinin alınması zamanı dövlət rüsumu
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
- 3 iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə - 10 manat
- 3 iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə - 1 manat
Ümumvətəndaş pasportu
Ümumvətəndaşlıq pasportunun verilməsi üçün lazım olan sənədlər:
- xüsusi formalı ərizə-anketi,
- 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili,
- şəxsiyyət vəsiqəsinin surəti
- dövlət rüsumununun ödənilməsi barədə qəbzi
Ümumvətəndaş pasportu 10 illik müddətə verilir.
Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə on beş manatdan iyirmi beş manatadək məbləğdə cərimə nəzərdə tutulub.