Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:39
Ermənistan prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Ermənistan prezident seçir

Sarkisian 2-ci dəfə prezident seçilir

Ermənistanda seçki başa çatıb. «Exit-poll»un nəticələrinə əsasən, hazırkı prezident S.Sarkisian səslərin 58 faizini toplayır. (Ermənistanda səsvermənin gedişi haqda xronoloji reportaj)

02:10 19.2.2013
Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkə üzrə 1988 seçki məntəqəsindən 1141-də səsvermənin ilkin nəticələrini elan edib.

Həmin 1141 məntəqə üzrə ilkin nəticələr belədir:
Bagratyan Hrant, 18,743 (2.24%)
Hayrikyan Paruyr, 9,946 (1.19%)
Hovhannisian Raffi , 291,790 (34.91%)
Ghukasyan Andrias, 4,919 (0.59%)
Melikyan Arman – 1,997 (0.24%)
Sargsyan Serzh – 505,018 (60.42%)
Sedrakyan Vartan – 3,446 (0.41%.)

Komissiya seçkinin ilkin nəticələrini fevralın 19-u axşam saat 8-də elan etməyi planlaşdırır. Yekun nəticələr isə 7 gün sonra elan ediləcək.
02:03 19.2.2013
Prezidentliyə namizəd Raffi Hovhannisian özünün facebook səhifəsində tərəfdarlarını təlaşlanmamağa və təxribatlara uyamağa çağırıb: “Sizdən xahiş edirəm, gecə vaxtı seçki məntəqələrinə getməyin, təxribatlara uyub qarşıdurmaya getməyin. Raffi Hovhannisian-ın mövqeyi dəyişməzdir. Bəzi qüvvələr təxribatlarla Raffi-nin qələbəsinə kölgə salmağa çalışırlar. Seçkidən əvvəl baş verənləri yada salın. Ayıq-sayıq olun.”
01:14 19.2.2013
Ermənistan mediasının xəbərinə görə prezidentliyə namizəd Raffi Hovhannisian sosial şəbəkələrdə belə bir qeyd yazıb:
- Əgər sənin yaxınlarından kimsə, yaxud dostun hazırda seçki məntəqəsində Raffi Hovhannisian-ın vəkilidirsə, ona köməyə tələs.
Onlar hazırda hər yerdə hücum altındadırlar.
Çox təcilidir!!!

----
Hələlik, Hovhannisian-ın konkret hansı vəkillərinə, harada hücum olması barədə konkret məlumat yoxdur.
Yeni xəbərlər gəldikcə, məlumat yenilənir.
20:26 18.2.2013
EXIT-POLL: SARKİSİAN 58 FAİZLƏ QƏLƏBƏ QAZANIR

Yerli vaxtla saat 20:00-da Ermənistanda seçki başa çatıb.

Mediamax xəbər verir ki, The Gallup Organization –un 122 məntəqədə keçirdiyi exit-pollun nəticələrinə görə. seçicilərin verdiyi səslər belə bölünür

Sarkisian – 58 %
Hovannisian -32 %
Hairikian – 3 %
Bagratian – 3 %

Qalanlar - hərəyə 1 faiz.
Seçkinin ilkin nəticələri bir neçə saata bilinməlidir.

Azərbaycan politoloqları Ermənistan seçkilərini şərh edirlər.

Vəfa Quluzadə deyir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Rusiyada hakimiyyət dəyişməsə, münaqişə həll olunmayacaq. Mübariz Əhmədoğlunun fikrincə, Sarkisian istəsə, Dağlıq Qarabağla bağlı radikal addım ata bilər: AzadliqRadiosunun Kontekst proqramında OXU
və ya burada dinlə


Davamı

XS
SM
MD
LG