Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

Serzh Sarkisian prezident seçkisində rəqibi olmuş müxalifət lideri ilə görüşdü


-
Ermənistanda keçirilən prezident seçkisində ikinci olan «İrs» partiyasının sədri Raffi Hovanisian tərəfdarlarını Azadlıq meydanından çəkilməyə çağırıb.

Onun tərəfdarları dünən axşam Yerevanda seçkinin nəticələrinə etiraz olaraq kütləvi nümayiş keçirib.

Ovanisian bu gün prezident sarayında yenidən dövlət başçısı seçilmiş Serzh Sarkisian-la görüşüb.

O, fevralın 22-də keçiriləcək mitinqdə görüşlə bağlı bütün suallara cavab verəcəyini vəd edib.

Seçkinin saxtalaşdırıldığını deyən müxalifət nəticələrin ləğvini tələb edir.

Elan olunan ilkin nəticələrə görə, Sarkisian seçkidə 58, Ovanisian isə 36 faiz səs toplayıb.
XS
SM
MD
LG