Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:35

Gözəl Bayramlının yaşadığı evə məhkəmə icraçıları gəlib


Gənc fəallar Bakıda etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

Gənc fəallar Bakıda etiraz etdilər

-
AXCP sədrinin müavini Gözəl Bayramlının yaşadığı evə məhkəmə icraçıları gəlib. Ona bildiriş və 10 gün vaxt verilib.
Bu haqda Azadlıqradiosuna Gözəl Bayramlı məlumat verib. “Dedilər ki, 10 gündən sonra gələcəyik. Yəqin əmlakı qeydə alacaqlar. Onsuz da onlara demişəm ki, adımda heç bir əmlak yoxdur”.
Gözəl Bayramlı yanvarın 26-da keçirilmiş etiraz aksiyasında iştirak etdiyinə görə iki min manat cərimələnib.
Bundan əvvəl yanvarın 26-da keçirilmiş etiraz aksiyasında iştirak etdiyi üçün cərimələnən bir neçə nəfərin evinə məhkəmə icraçıları gəlib.
AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının valideynlərinin iki xalçasını aparıblar.

NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbərin, Müsavat Partiyası gənclər təşkilatının sədri Tural Abbaslını yaşadıqları evə gəlib əmlakı qeydə alıblar. “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənli isə məhkəməyə çağırılaraq kompüterini və telefonunu əlindən alıblar.

Yanvarın 12-də əsgər ölümü ilə bağlı etiraz aksiyasında saxlananlar da ümumilikdə 10 min 500 manat cərimə edilmişdilər. Həmin cərimələrlə bağlı “5 qəpik” kampaniyası keçirildi və 12 min manatdan artıq vəsait toplandı.
XS
SM
MD
LG