Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:27

Gülağa Aslanlıdan izahat alınıb


İsa Qəmbər Lənkəranda hücuma məruz qalıb
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

İsa Qəmbər Lənkəranda hücuma məruz qalıb

-
Müsavat başqanının müavini Gülağa Aslanlıdan Lənkəran Polis Şöbəsində izahat alınıb.

Bu barədə AzadlıqRadiosuna Gülağa Aslanlı məlumat verib.

O, bildirib ki, polis şöbəsində ondan izahat yazmaq istənilib. Qeyd olunub ki, yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı baş verən hadisə araşdırılacaq:

«Yanvarın 18-də Baş Prokurorluğa rəsmi müraciət edib, bildirmişdim ki, bizə qarşı edilən sui-qəsddir. İstəyim olayın araşdırılması, cinayətkarların aşkarlanıb cəzalandırılması idi. Yanvarın 18-də etdiyim müraciətə, nəhayət, dünən cavab alıb. Bu gün gəlmişdim Lənkərana. İzahat yazdım, mənə dedilər şəhərdə olduğunuz müddətdə hər hansı təhlükəyə qarşı sizi müşayiət edəcəyik».

Yanvarın 13-də Lənkəranın girəcəyində Müsavat Partiyası rəhbərliyinə hücum olub. İsa Qəmbər Lənkərana Müsavat Partiyasının yerli rayon şöbəsinin yaranmasının 20 illiyini qeyd etmək üçün gedirdi.
XS
SM
MD
LG