Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:36

Aksiyaçılardan 5-nə həbs cəzası verildi


Bakıda 10 mart aksiyası
Bakıda 10 mart aksiyası
-
AXCP üzvü Renad Nəcəfov 1 saylı şəhər Kilinik Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun üzündə almacıq sümüyünün sınması və digər xırda xəsarətlər qeydə alınıb.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, Renad Nəcəfov hələ xəstəxanada qalacaq. İki gün sonra onun üzərində əməliyyat keçiriləcək.

İLKİN RÜSTƏMZADƏ BİNƏQƏDİ TƏCRİDXANASINDADIR

Onun barəsində Xətai rayon məhkəməsi 6 sutkalıq həbs qərarı çıxarıb.

Bu barədə AzadlıqRadiosuna Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli məlumat verib.

İlkin Rüstəmzadə martın 9-da yaşadığı evin qarşısında saxlanmışdı.

İ. Rüstəmzadə sosial şəbəkələrdə Facebook-da yaradılan «Əsgər ölümə son» aksiyasının təşkilatçısı olduğunu iddia edib.

İKİ AKSİYA İŞTİRAKÇISI XƏSTƏXANAYA APARILIB

Polis idarəsində döyüldüklərini bildirən Renad NəcəfovTaleh Məmmədlinin halı pisləşib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, Nəsimi rayon məhkəməsinin qarşısına təcili tibbi yardım maşını çağırılıb.

Onlar 1 saylı şəhər Kliniki Xəstəxanaya aparılıblar.

MƏHKƏMƏ İŞTİRAKÇILARI CƏRİMƏLƏYİR

Səbayel rayon məhkəməsinə gətirilən 14 nəfərdən 3-ü həbs olunub. Qalan 11 nəfər ümumilikdə 5 min 800 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar.

Nəsimi rayon məhkəməsində isə proses davam edir:

Ənvər Hüseynov (AXCP) – 500 AZN
Ramin Musayev (AXCP) - 400 AZN
Şamil Beydullayev (Müsavat) - 500 AZN
Renad Nəcəfov (AXCP) - 600 AZN
Zaur Məmmədov (AXCP) - 500 AZN
Aqil Əliyev (AXCP) - 600 AZN
Rauf Məmmədli (Müsavat) - 500 AZN
Azər Sadıqov (ADP) - 500 AZN
Zaur Əkbər (Gənclər Klubu) - 300 AZN
Nihad Hüseynov (AXCP) - 500 AZN
Taleh Məmmədli (bitərəf) - 500 AZN
Zaur Məmmədov (AXCP) - 500 AZN
Aqil Əluyev (AXCP) - 600 AZN
Osman Əhmədli (ADP) - 500 AZN
Cavid Qarayev (REAL) - 500 AZN
Məhəmməd Məcidli (AXCP) - 7 sutka həbs
Türkel Əlisoy (AXCP) - 7 sutka həbs
Elvin Baycan (AXCP) - 7 sutka həbs
Babək Həsənov (AXCP) - 6 sutka həbs
Təzəxan Mirələmli (AXCP) - 500 AZN
Vüsal Bayramov (AXCP) - 600 AZN
İlkin Əliyev (Millətçi Gənclər Təşkilatı) - 500 AZN
Tofiq Dadaşov (AXCP) - 500 AZN
İlkin Rüstəmzadə (Azad Gənclik Təşkilatı) - 6 sutka həbs

SAXLANANLAR MƏHKƏMƏYƏ GƏTİRİLİB

Martın 11-də «Əsgər ölümünə son» şüarı ilə keçirilən aksiya zamanı saxlanan azı 20 iştirakçı Nəsimi və Səbail rayon məhkəmələrinə gətirilib.

Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsinə gətirilənlərin üzündə xəsarət izləri olub:

Renad Nəcəfov
Renad Nəcəfov
«Saat 11:30-da 5 nəfər AXCP üzvü Nəsimi rayon məhkəməsinə gətirildi. Bu yalnız bizim gördüklərimiz idi. Dəqiq say açıqlanmır ki, neçə nəfər saxlayıblar. Məhkəməyə gətirilənlərdən Renad Nəcəfovun və Ənvər Hüseynovun üzündə xəsarət izi var idi».

Nəsimi rayon məhkəməsinə AXCP üzvləri Nihad Hüseynov, Renad Nəcəfov, Elvin Baycan, Ramin Musayev, Ənvər Hüseynov gətirilib.

Səbail Məhkəməsinə gətirilənlər Babək Həsənov, Təzəxan Mirələmli, Məhəmməd Məcidli, Zaur Məmmədov, Aqil Əliyev, Vüsal Bayramov, Türkel Əlisoy, Rauf Məmmədli, Şamil Beydullayev, İlkin Əliyev, Azər Sadıqov, Osman Əhmədli, Cavid Qarayev, Tofiq Dadaşov, Nicat Əmiraslanov, Taleh Məmmədlidir.

Martı 10-da Bakının Fəvvarələr Meydanında «Əsgər ölümünə son» tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada 100-dən çox adam saxlanıb. Onlardan 100-ə qədəri gecə saatlarında sərbəst buraxılıb.
XS
SM
MD
LG