Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:48

“Elə istəyirdim ki, silahı götürüb o siyasətçilərin xayalarını…”


Harold Pinter, 2007
Harold Pinter, 2007
-

Məşhur yazıçılar siyasət və siyasətçilər haqda nə düşünür? “Paris review” jurnalında çap edilmiş müsahibələrdən


Ernest Hemingway, 1958

- Sizcə, öz dövrünün ictimai-siyasi problemləri yazıçını nə dərəcədə narahat etməlidir?

- Hər kəsin öz vicdanı var və həmin vicdanla bağlı qaydalar müəyyən etmək olmaz. Siyasi mövqeli yazıçı ilə bağlı bir şeyi əminliklə demək olar: əgər onun əsəri yaşayacaqsa, siz həmin əsəri oxuyanda siyasəti bir kənara qoymalı olacaqsız. Siyasi mövqeli yazıçı adlandırılanların bir çoxu öz siyasi baxışlarını tez-tez dəyişirlər. Bu onların özünə də, onlardan yazan siyasi-ədəbi dərgilərə də çox maraqlı gəlir. Bəzən onlar öz siyasi baxışlarının yenilənmiş formasını kağıza köçürürlər, özü də tələm-tələsik şəkildə… Bəlkə də buna xoşbəxtlik axtarışının bir forması kimi hörmətlə yanaşmaq olar.


Ilya Ehrenburg 1961

- Yazıçı və siyasi fiqur kimi fəaliyyətlərinizi bir araya necə sığdıra bilirsiz?

- …Məncə, çağdaş dövrümüzdə şair nüvə fizikası haqda da anlayışa malik olmalı, fizik isə poeziyadan da zövq almalıdır. Əlbəttə, elm o qədər inkişaf edib ki, kiminsə Goethe, yaxud Leonardo kimi həm sənətdə, həm də elmdə pərgar olmasını təsəvvür etmək çətindir. Amma mən bu gün öz kabinetində guşənişin olub roman yazan yazıçı təsəvvür edə bilmirəm. Bilirəm ki, belələri də var. Amma məncə, onların mövcudluğu həm də onu göstərir ki, yaratdığı qəhrəmanın yaşantıları yazıçının öz təcrübəsinə əsaslanmadıqca bədii söz sənəti nə dərəcədə yararsız olur. (Gəncliyində) Flaubert-in bu məsələyə yanaşması belə olub: “Cəsarəti tərənnüm etmək istəyirsənsə əsgər olmağa, aşiqi təsvir etmək üçün aşiq olmağa, əyyaş obrazı yaratmaq üçün şərab içməyə ehtiyac yoxdur”. Amma bu nəzəriyyəni çox ustalıqla rədd edən Stendhal-ı da xatırlamağa dəyər. O həm əsgər idi, həm içirdi, həm də aşiq olurdu. Amma ən
Ernest Miller Hemingway
Ernest Miller Hemingway
üxtəlif insan yaşantılarını çox məharətlə yazıya köçürməyi də bacarırdı. Mən öz bədii əsərlərim və siyasi fəaliyyətim arasında sərhəd çəkmirəm. Çünki hər ikisində eyni ideyaları müdafiə edirəm. Mənim ictimai fəaliyyətim sülhün müdafiəsinə və ölkələr arasında mədəni əlaqələrin inkişafına yönəlib. Anlaya bilmirəm ki, insanların nüvə silahından qorunması işiylə niyə yalnız peşəkar diplomatlar məşğul olmalıdırlar…


Harold Pinter, 1966

- Öz siyasi baxışlarınızı obrazların dili ilə ifadə etdiyiniz olubmu?

- Yox. Ümumiyyətlə, siyasət mənə çox darıxdırıcı gəlir. Hərçənd bunu da qəbul edirəm ki, insanların düçar olduğu bir çox əzab-əziyyətlərə görə məhz siyasətçilər məsuliyyət daşıyırlar. Mən ideoloji bəyanatların heç bir növünə inanmıram… Qoy sizə deyim əslində siyasətçilər haqda fikrim nədi. O gün axşam televizorda Vetnam (müharibəsi – tərc.) haqda danışan bəzi siyasətçilərə baxırdım. Elə istəyirdim ki, ekranın bu tayından odsaçan silahla atəş açıb onların gözlərini töküm, xayalarını yandırım, sonra da soruşum ki, bu hərəkəti siyasi nöqteyi-nəzərdən necə qiymətləndirərdilər?

Tərcümə: Oxu zalı
XS
SM
MD
LG