Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:33

Məmurlara xarici ölkələrdəki bank hesablarını bağlamağa 3 ay möhlət verildi


Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikada səfərdə olarkın çəkilən foto. 26 mart 2013
Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikada səfərdə olarkın çəkilən foto. 26 mart 2013


Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncamla xarici ölkələrdə bank hesabı olan məmurlar 3 ay ərzində bu hesabları bağlamalıdır.

Prezident Administrasiyasının rəhbəri Sergei İvanov aprelin 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, məmurlar ən geci iyulun 1-ə qədər xaricdəki hesablarının bağlandığı barədə məlumat verməlidirlər.

İvanovun sözlərinə görə prezidentin sərəncamında korrupsiya barədə məlumat verən vətəndaşların müdafiəsi də nəzərdə tutulur: "Sərəncamda korrupsiya barədə məlumat verən şəxslərin istintaq təqibindən qorunması tədbirləri də nəzərdə tutulur. Sərəncamın sonunda belə məlumatı verənlərin müdafiəsini nəzərdə tutuan xüsusi bənd var. Sənəddə həmçinin ehtiyac olarsa, belə məlumatı verən şəxslərə hüquqi məsləhətlər veriləcəyi qeyd edilir" - deyə İvanov bildirib.
XS
SM
MD
LG