Keçid linkləri

2025, 14 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:46

İsgəndər Həmidovu buraxdılar


İsgəndər Həmidov
İsgəndər Həmidov
-
İsgəndər Həmidov sərbəst buraxılıb.

O, AzadlıqRadiosuna bildirib ki, «Montin bağı»nda tanımadığı adamlar özlərini təqdim etmədən zorla qollarını və gözünü bağlayıb maşına mindiriblər:

«20-dən çox idmançı görkəmli şəxs qolumu qandallayıb, gözlərimi də bağlayıb harasa apardılar. Bilmirəm harada idim və kimlərlə danışırdım. Amma məni 4 saatdan çox gözü və qolları bağlı saxlayıb dünənki mitinqdəki çıxışımla bağlı suallar verirdilər. Mitinqdəki çıxışımı mənə dinlətdirib hakimiyyəti təhqir etdiyimi bildirdilər. Gələcəkdə mitinqlərdə iştirak edib-etməyəcəyimi soruşdular. Mən də söylədim ki, bu mübarizədə sona qədər varam».

İ.Həmidovun dediyinə görə, axşam saat 6-da onu yenidən «Montin bağı»nda gətirib düşürüblər.

İSGƏNDƏR HƏMİDOV AXTARILIR

Mayın 29-u saat 15:00 radələrində özlərini təqdim etməyən şəxslər «Montin bağı»nın yaxınlığında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq naməlum istiqamətə aparıblar. Hazırda onun harada olduğu bilinmir.

Bu barədə AzadlıqRadiosuna vəkil Yavər Hüseynli məlumat verib. O, hazırda İ.Həmidovun hara və kimlər tərəfindən aparılmasının dəqiqləşdirir.

İ.Həmidov mayın 28-də Novxanıda keçirilən mitinqdə hakimiyyəti tənqid edən fikirlər səsləndirib, insanları radikallığa çağırmışdı:

«Şərifsizlərə şərəf ordeni, şöhrətsizlərə şöhrət ordeni, fahişələrə xalq artisti adı verilir. Çünki bu hakimiyyətin özü belədir».

İ.Həmidov çıxışının sonunda Azərbaycanda demokratiyanı dinc yolla bərpa etməyin mümkünsüzlüyündən də danışıb:

«Demokratiya ilə bu hakimiyyət getməyəcək. Bu hakimiyyəti zorla biz yola salacağıq. Yola salmağa da hazırıq».
XS
SM
MD
LG