Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:03

Əsgər anası: «Oğlumun bədənində zorakılıq izləri vardı»


12 ay əvvəl hərbi xidmətə yollanan Mirqasım Rüstəmov
12 ay əvvəl hərbi xidmətə yollanan Mirqasım Rüstəmov
-
İyunun 7-də Gəncədə daha bir əsgər dəfn edilib. 12 ay əvvəl hərbi xidmətə yollanan Mirqasım Rüstəmovun iyunun 5-də qulluq etdiyi hərbi hissəsə güllələndiyi deyilir. Müdafiə Nazirliyinin yaydığı məlumatda əsgərin öz hərbiçi yoldaşı tərəfindən güllələndiyi qeyd olunub.
Amma əsgərin anası Səlminaz Rüstəmova rəsmi açıqlamaya inanmır. İddia edir ki, oğlunun bədənində güllə yarasından başqa da çoxsaylı zorakılıq izləri olub:
«Balamın kürəyindən güllə dəyib. Ancaq sinəsi, hər yeri yaralıydı. Mənə cavab versinlər balamı kim bu günə salıb? Srağagün oğlumla danışdım. Salamat idi. 2 ay idi 20 yaşı tamam olmuşdu».
CAVABINI GÖZLƏYƏN SUALLAR
Əsgərin meyitinə baxan yaxınlarını da bir sual düşündürür. Niyə onun kürəyindən başqa bədəninin azı 10 yeri tikilib, niyə başı, üzü göyərib? Düşünürlər ki, əsgəri döyüb öldürüblər. Yaxın qohumları Tamella Səmədovaya görə, onlara dəqiq bir söz deyən yoxdur,
«Biri deyir əsgərlər bir-birini vurub, o biri də deyir başqaları vurub, başqa biri deyir döyüblər, hərə bir söz deyir».
Əsgər Mirqasım Rüstəmovun atası danışmaq istəməyib, hətta çəkilişə də etiraz edib. Dilə gətirdiyi bir cümlə «mənim hökümətim də, vətənim də yoxdur» olub.
MÜDAFİƏ NAZİRLİYİ: BÜTÜN MƏSƏLƏNİ HƏRBİ PROKURORLUQ ARAŞDIRACAQ
Müdafiə Nazirliyinin sözçüsü Teymur Abdullayev deyir ki, əsgər öz yoldaşı tərəfindən güllələnib. O ki, qaldı ölümlə bağlı ailənin şübhələrinə, nazirlik əməkdaşı deyir ki, bundan sonra bütün məsələni və ölüm işini hərbi prokurorluq araşdıracaq.
Mərhum əsgər Mirqasım Rüstəmov 3 dəfə güləş üzrə respublika çempionu olub.
XS
SM
MD
LG