Azərbaycan Ordusunda növbəti faciə
Əsgər hərbi xidməti başa vurmasına 22 gün qalmış bıçaqlanaraq öldürülüb Azərbaycan Ordusunda növbəti əsgər faciəsi yaşanıb. Hadisə Dövlət Sərhəd Xidmətinin Lənkəranda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. 2011-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü Həsənov Firəddin Əlfi oğlu vəfat edib. Öncə yaxınlarına övladlarının hansı səbəbdən və hansı şəraitdə vəfat etməsi barə