Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:05

Misir: Müvəqqəti prezident and içib


Tahrir Meydanı - 3 iyul
Tahrir Meydanı - 3 iyul
-
(YENİ XƏBƏRLƏR GƏLDİKCƏ MƏTNİN ƏVVƏLİNƏ ƏLAVƏ EDİLİR. XƏBƏRLƏRİN ƏVVƏLİNİ MƏTNİN AŞAĞISINDA OXU.)


Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu İstanbulda keçirdiyi mətbuat konfransında Misirdə baş verənləri “hərbi çevriliş" adlandırıb.

Onun fikrincə, bu, Misir inqilabı və onun nailiyyətləri üçün təhlükədir.

Nazir bildirib ki, səbəbindən asılı olmayaraq “demokratik yolla seçilmiş hökuməti devirmək qəbuledilməzdir”.

AFRİKA BİRLİYİ TOPLANTI KEÇİRƏCƏK

Misir ordusu “demokratik yolla seçilmiş prezidenti devirdiyi” və “Konstitusiyanın fəaliyyətini dayandırdığı” üçün Afrika Birliyi ölkənin birlikdəki fəaliyyətini dayandıra bilər.

Bu barədə Reuters agentliyi Afrika Birliyindəki mənbələrinə istinadla yazır.

Mənbənin bildirdiyinə görə, Afrika Birliyinin sülh və təhlükəsizlik şurası cümə günü toplantı keçirərək məsələni müzakirə edəcək və birliyin adətən “anti-konstitusion dəyişikliklərə verdiyi reaksiya” bu dəfə gerçəkləşəcək.

SƏLƏFİLƏR KÜÇƏLƏRDƏN ÇƏKİLİR

Misirdə böyük nüfuza malik sələfi hərəkatı öz tərəfdarlarını küçələrdən çəkilməyə, “evlərinə və məscidlərə qayıtmağa” çağırıb.

Hərəkat bu çağırışı Misir ordusunun islamçı president Mursini devirdikdən sonra edib.

“Dawa Salafiya”nın bəyanatında deyilir ki, islamçı hərəkatın üzvləri özlərini ölüm riski ilə üz-üzə qoymamalı, siyasi səhnədə baş verən dəyişiklik reallığını anlamalıdırlar.

YENİ RƏHBƏR AND İÇİB

Misirdə Konstitusiya Məhkəməsinin sədri Adli Mansur hərbi çevrilişlə vəzifəsindən kənarlaşdırılan Mohamad Morsinin yerinə müvəqqəti prezident kimi and içib.
Mansur deyib ki, “bu mənim üçün böyük qürurdur. Bu vəzifəni mənə Misir xalqı verdi. Tiran olmayacağıq”.
Andiçmədən sonra Konstitusiya Məhkəməsinin sədri Adli Mansur müvəqqəti prezidenti kimi ölkədəki keçid dövrünü idarə edəcək.
Morsinin isə ev həbsində olduğu bildirilir.
Müsəlman Qardaşlarının sözçüsü Cihad al Haddad Morsinin ev dustaqlığında olduğunu, prezident səlahiyyətlərinin əlindən alındığını deyib.

MUHAMMAD MORSİ HƏBS EDİLİB

Hakimiyyətdən kənarlaşdırılan Misir prezidenti Muhammad Morsi həbs olunub.
“Müsəlman Qardaşları”nın sözçüsü Ahmed Aref bildirib ki, Morsi ilə onun müşaviri Essam Haddad ev dustaqlığı həbsi ilə bağlı naməlum yerə aparılıb.
Misir ordusu da Morsinin həbs edilidyini təsdiqləyib. France Press agentliyinin məlumatına görə, ordudakı yeksək rütbəlilərdən biri deyib ki, Morsiyə qarşı ittiham irəli sürülə bilər.
Müdafiə naziri Abdul Fattah al Sisininin ordunun hakimiyyəti ələ alması ilə bağlı açıqlamasından sonra həbs olunanların sayı 400-ə çatıb.

MÜSƏLMAN QARDAŞLARINA QADAĞA

Morsinin sözçüsü Ali Ayman «prezident Allahın köməyi ilə köhnə diktatorluk günlərinə qayıtmaq yerinə bir ağac kimi ayaq üstə ölməyi üstün tutar» deyib.
Morsi başda olmaqla Müsəlman Qardaşları liderlərinə xaricə çıxmaq qadağası qoyulub.
Misirin yeni müvəqqəti lideri Konstitusiya Məhkəməsinin sədri, 68 yaşlı Adli Mansurdur.
Hakimiyyəti ələ keçirmiş general Abdulfettah al Sisi bildirib ki, «hakimiyyətə gəlmək, ya da səltənət qurmaq üçün deyil, xalqa xidmət etmək üçündür».

MORSİ ORDUNUN QƏRARINI QƏBUL ETMİR, HARDA OLDUĞU MƏLUM DEYİL

Misirin hakimiyyətdən uzaqlaşdırılan prezidenti Muhammad Morsi öz Facebook səhifəsində yazıb ki, “ölkədə tam bir hərbi çevriliş baş verir və ordu rəhbərliyinin qərarı qəbuledilməzdir.”

Morsi tərəfdarlarını bu “hərbi çevrilişə” cavab verməməyə çağırıb.

Devrilmiş prezidentin harda olduğu məlum deyil. Onun yardımçılarından biri AP agentliyinə deyib ki, Morsi adı açıqlanmayan yerə çəkilib.

Ordunun qərarlarının açıqlanmasından sonra Morsinin mənsub olduğu Müsəlman Qardaşlığı təşkilatının televiziya kanalı da yayımını dayandırıb.

Hazırda Tahrir Meydanın müxalifət öz qələbəsini qeyd edir.

Paytaxt Qahirənin başqa istiqamətində Morsi tərəfdarlarının ona dəstək aksiyası da davam edir.

HƏRBİ ÇEVRİLİŞ FAKTA ÇEVRİLİR

Ordu hakimiyyəti ələ alır. Prezident Mursi vəzifəsindən kənarlaşdırılır. Ölkədə konstitusiyanın qanuni qüvvəsi müvəqqəti olaraq dayandırılır. Bu haqda TV ilə çıxışında müdafiə naziri Abdel Fattah al-Sisi bildirib. Onun sözlərinə görə prezident Mursi siyasi böhranın aradan qaldırılması istiqamətində bütün təklifləri rədd edib. Abdel Fattah al-Sisi qısa bir zamanda ölkədə yeni seçkilərin keçirilməsini vəd edir.

"Silahlı qüvvələr həmişə siyasətdən kənar olublar. Lakin Misir xalqı bizdən inqilabın məqsədlərinə çatmaq üçün yardım istədi", - deyə Abdel Fattah al-Sisi bildirib.

Xəbər verilir ki, 4 bənddən ibarət "yol xəritəsi" təklif olunub. Bu sənəddə aşağıdakı əsas maddələr nəzərdə tutulur:

1. Konstitusiya qüvvədən düşür
2.Tezliklə seçkilər keçirilir, o vaxta qədər ölkəni konstitusiya məhkəməsi idarə edir
3.Koalisiyadan ibarət milli etimad hökuməti təşkil olunur
4.Konstitusiyaya dəyişiklik və ya əlavə üçün xüsusi komitə yaradılır.


PREZİDENTİN NÜMAYƏNDƏSİ HƏRBİ ÇEVRİLİŞ BAŞ VERƏCƏYİNİ DEYİR

Misir prezidentinin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Essam al-Haddad ölkənin hərbi çevriliş ərəfəsində olduğunu bildirib. O, həmçinin xəbərdarlıq edib ki, qan tökülmədən belə çevriliş baş tutmayacaq.


PREZİDENT İSTEFA VERMƏKDƏN İMTİNA EDİR

İstefa verməkdən imtina edən Misir prezidenti Muhammad Morsi ölkədəki bütün siyasi qüvvələrin iştirakı ilə koalisiya hökuməti yaradılmasını təklif edib.

Qərb agentlikləri prezidentin köməkçisinin ölkədə hərbi çevrilişə hazırlıq getdiyi barədə fikirlərini yayırlar.

ORDUNUN ULTİMATUMU BAŞA ÇATIR

Misir ordusunun ölkə hökuməti və müxalifətinə dil tapmaq üçün verdiyi möhlət başa çatıb. Ordu rəhbərliyi silahlı qüvvələrə məxsus facebook səhifəsində bəyanat yayaraq yeni müddət müəyyən edilmədiyini bildirib.

Amma hələlik ordu rəhbərliyinin addımları məlum deyil. Yalnız günün ikinci yarısında Misirdən gələn xəbərlərdə deyilirdi ki, ölkənin əsas strateji obyektlərinə əsgərlərin nəzarəti artırılıb. Dövlət televiziyasının binası ətrafında zirehli texnika görünür.

Dünən gecə xalqa müraciətində prezident bildirib ki, konstitusion legitimliyini həyatı bahasına olsa da qoruyacaq. Morsi çıxışında həmçinin keçmiş prezident Hosni Mubarak-ın tərəfdarlarını ölkədə qarışıqlıq salmaqda ittiham edib.

Prezident çıxışında müxalifətlə dil tapmaq üçün bəzi təkliflər, o cümlədən hökumətin tam tərkibdə buraxılmasını da təklif edib.

Misirdə prezidenti islam diktaturası yaratmaqda ittiham edən müxalifətlə dövlət başçısının tərəfdarları ayrı-ayrılıqda kütləvi aksiyalar keçirilər. Onların arasında toqquşmalarda 40-a yaxın adam həlak olub.

Bir neçə gün əvvəl ordu ultimatum yayaraq tərəflərə kompromis tampmaq üçün 48 saat möhlət verib. Müdafiə naziri əks təqdirdə ordunun öz bildiyi həll variantını icra etməklə hədələyib.
XS
SM
MD
LG