Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:45

Futbol çirkli pulları belə yuyur - QAYDALAR


Arixv foto
Arixv foto
-


PUL YUMAQ İSTƏYİRSƏN? FUTBOL KLUBU AL!

Britaniyanın “Economist” dərgisi “Gözəl oyuna xoş gəlmisiz” məqaləsində futbolda çirkli pulların yuyulmasından bəhs edir.

Yeni mövsüm qabağı təzə futbolçuların alınmasına ağlagəlməz məbləğlər xərclənir.

Elə təsəvvür yaranır ki, futbol menecerleri bu idman növünün inkişafı üçün əllərindən gələni edirlər, xeyriyyəçi təsiri bağışlayırlar.

Dərgi yazır ki, indi dünyadakı maliyyə böhranı bir çox klubları çətin vəziyyətdə qoyub və onları indi dəyər-dəyməzinə almaq asandır.

Hansısa gözdən iraq yerdə holdinq yarat, gəlib klub al və budur - əlininin altında çirkli pulların yuyulması üçün heç nəylə müqayisə oluna bilməz bir mexanizm var. Həm də elə mexanizm ki, hökumət adamlarının da səni sorğu-sual edəcəyi çox az ehtimal olunan variantdır.

ÇİRKLİ PULLAR FUTBOLDA NECƏ YUYULUR:

1. OYUNLARA BİLETLƏRİN HAMISINI ÖZÜN AL...


“Economist” qeyd edir ki, belə klub sahibləri birinci biletlərdən gələn gəlirdən başlayır.

Biletlərin qiymətini qaldırırsan və beləcə əvvəllər qanunsuz yolla qazandığın pulları belə turniket vasitəsilə leqallaşdırırsan.

Xüsusən də əgər orta səviyyədən aşağı klub almısansa və stadion adətən yarıboş olursa, onu kağız üstündə “doldurmaq” olar.

Daha sadə deyilsə, guya ki, stadion ağzınacan doluymuş, bileti özünə satıbsan, bununla da bilet satışından əldə etdiyin "gəlir" artıq sənin bundan əvvəl də cibində olan, amma bu əməliyyata qədər çirkli sayılan pulların daha "tər-tərmiz"dir, axı onu futbola "bilet satışından" qazandın.

2. OYUNÇU AL...

Oyunçu alıb-satmaq da qaz çirkli pulları yumağa əla imkandır.

Hansısa oyunçu öz qiymətindən bir neçə dəfə baha satılır. Kimsə də soruşmur ki niyə? (Çünki bunu satan bilər, alan bilər...) Beləcə oyunçunun real qiyməti üstünə qoyulan milyonlarla dollar çirkli pul leqallaşdırılır.

Necə?

Bahalı onunçunu tapmaq xərci, onunla müqaviləni razılaşdırmağa danışıqlar xərci, arada vasitəçilərin xərci... əslində bunların hamısı sənin özünsən, öz pulunu çirkli sayılan cibindən götürüb, "tər-tərmiz" sayılan cibinə doldurursan.

Xüsusən də bunu dost, tanış biznesmenlər öz aralarında edirlərsə. Transfer pulları bir neçə əldən, vasitəsçidən keçir və beləcə, onların əsl mənbəyi ört-basdır edilir.

3. MƏRC GƏL, UDAN SƏN OL...

Dərgi yazır ki, belə qalmaqallar çıxanda çox vaxt şübhələr buna görə kriminal qruplara və ayrı-ayrı “satqın” oyunçulara yönəlir. Halbuki klub sahiblərinin bunu etməsi çox asandır. Əvvəl-axır hansı oyunçunun meydançaya çıxmasına, hansının ehtiyat skamyasında oturmasına klubu idarə edənlər qərar verir.

Aşağı maaş alan futbolçular isə adətən klub rəhbərlərinin “göstərişləri”ni icra etməyə daha çox meylli olurlar.

İnsanlar isə düşünürlər ki, dünyanın aparıcı futbol liqalarında belə şeylər olmaz və hansısa komandaların qələbəsinə böyük məbləğdə pul qoyaraq mərc gəlirlər...

Əvvəl-axır mərci udan da sənsən. Son nəticə: əvvəl sayılan pulların yenə "tər-təmiz oldu", axı onları futbolda mərcdən uddun!!!
XS
SM
MD
LG