-
MEA-nın Füzuli adına Əlyazmalar İnstitutu «Nadir Mirzə Qacar. Karnamə» adlı kitabın nəşrini gerçəkləşdirib.
Xəbəri institutun direktor əvəzi Paşa Kərimov AzadlıqRadiosuna verib.
Kitabda Qacar şahzadəsi Nadir Mirzənin topladığı 260-dan çox qədim Azərbaycan xörəyi sadə dillə oxuculara təqdim edilib.
Paşa Kərimovun dediyinə görə, «Karnamə» Azərbaycan milli xörəklərini mənimsəmək istəyənlərə, mədəniyyətimizin qədimliyini inkar edənlərə tutarlı cavabdır.
Əsərdə klassik şairlərin yaradıcılığından çoxlu nümunələr də gətirilib.
Məsləhətçi və ön söz müəllifi Milli Kulinariya Mərkəzinin direktoru professor Tahir Əmiraslanov, tərcümənin redaktoru Arif Ramazanovdur.
Kitab «Elm və təhsil» nəşriyyatında çapdan çıxıb.
«Karnamə»ni nəşrə Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı hazırlayıb.
Xatırladaq ki, Nadir Mirzə Fətəli şahın nəvəsi olub.
O, əlyazmanı 1875-ci ildə yazmağa başlayıb və 1883-cü ildə bitirib.
Maraqlıdır ki, Nadir Mirzənin ömür yoldaşı Bərdədən olub və əlyazmada müəllif tez-tez öz xanımına istinad edib.
Kitabda diqqətçəkən yemək adları var. Məsələn, «Təbriz qovurması», «Kartof küküsü», «Yumurta dolması» və s.
Əlyazmalar İnstitutu bu əlyazmanın surətini ötən il Tehranın Parlament Kitabxanasından əldə etmişdi.