Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:26

Səfir Koray Targay ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi haqda


ATƏT-in loqosu
ATƏT-in loqosu
-

SƏFİR KORAY TARGAY ATƏT-İN BAKI OFİSİNİN STATUSUNUN DƏYİŞDİRİLMƏSİ HAQDA

«Ofisimizin gələcək fəaliyyət istiqamətləri imzalanacaq anlaşma memorandumundan sonra müəyyənləşəcək. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsinə dair ATƏT-in Daimi Şurasına təklif təqdim etmişdi. Orada Azərbaycanın istəklərinə cavab verən bir qərar qəbul olundu. İndi o qərar çərçivəsində anlaşma memorandumu təsbit ediləcək. Yalnız bundan sonra Bakı Ofisimizin yeni fəaliyyət istiqamətləri müəyyənləşəcək».

Koray Targay
Koray Targay
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Bakı ofisin rəhbəri Koray Targay təmsil etdiyi təşkilatın statusun dəyişdirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda ad dəyişikliyindən başqa heç nə baş verməyib: «Hələlik fəaliyyətimizdə heç bir dəyişiklik yoxdur».

Qarşıdan gələn seçkilərə toxunan K. Targay bildirib ki, prosesə kifayət qədər vaxt qalıb:

«Lakin artıq Mərkəzi Seçki Komissiyası ilə birgə fəaliyyət göstəririk. Azərbaycanda sabitlik və sülh hər şeydən önəmlidir, Azərbaycan xalqının xoşbəxtliyi önəmlidir. Qanunlara uyğun addımların atılması və Azərbaycanda keçiriləcək seçkilərə kölgə düşməməsi üçün əlimizdə gələn hər şeyi edəcəyik».

ABŞ-IN ATƏT-DƏKİ MİSSİYASININ BƏYANATI

ABŞ-ın ATƏT-dəki missiyası iyulun 26-da qurumun Bakı ofisinin mandatının dəyişdirilməsi barədə bəyanatını açıqlayıb. Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakıda Layihə Koordinatoru fəaliyyət göstərəcək.

ATƏT-in Daimi Şurasının missiyasının müvəqqəti işlər vəkili Gary Robbins-in təqdim etdiyi bəyanatda deyilir:

«Birləşmiş Ştatlar, Azərbaycan hökuməti ilə ATƏT-in qurumun hazırkı mandatı bu ilin sonunda bitəndən sonra Bakıda bu təşkilatın mühüm iştirakını saxlamağa dair razılığa gəlməsindən məmnundur».

Gary Robbins
Gary Robbins
«Biz bu konsensusa ona görə qoşulduq ki, ofisin Azərbaycanda ATƏT-in üç sahəni (siyasi-hərbi, iqtisadi və ətraf mühit və insan haqları) əhatələyən öhdəliklərini yerinə yetirməsində yardımını güclü şəkildə dəstəkləyirik. Məmnunuq ki, ofis «Azərbaycan hökuməti ilə ATƏT və onun qurumlarının ATƏT prinsip və öhdəliklərinin yerinə yetirilməsinə yönəlik əməkdaşlığını» davam etdirəcək. Bu razılaşmanın Azərbaycanın demokratik inkişafı da daxil olmaqla, ATƏT-in üç sahə üzrə bütün öhdəliklərinin yerinə yetirilməsini təmin edəcəyinə dair vədi də alqışlayırıq. İstənilən əsl demokratik dövlətin əsasını hüququn aliliyi, insan haqları və sərbəst toplaşma, birləşmə və ifadə azadlığı kimi əsas azadlıqlara hörmət təşkil edir. Biz Azərbaycan hökumətinin ATƏT nümayəndəliyinin bu üç sahə üzrə və ofisin hazırkı və gələcək mandatına uyğun olaraq Azərbaycan cəmiyyətinin tam spektri ilə işləməsini təmin edəcəyini gözləyirik».

Xatırladaq ki, ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycan hakimiyyətinin qurumun Bakı ofisinin mandatının dəyişdirilməsi təklifinə etiraz edir, hazırkı mandatın saxlanmasını istəyirdi. Missiyanın rəhbəri İan Kelly ABŞ-ın «ATƏT-in Bakıdakı hazırkı mandatını və ofisin işini tam dəstəklədiyini» bildirirdi.
XS
SM
MD
LG