Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:28

Türk ədəbiyyatından ən çox bu roman xarici dillərə çevrildi


Ahmad Hamdi Tanpinar
Ahmad Hamdi Tanpinar
-

Xarici ölkələrdə Türkiyə ədəbiyyatından ən çox Orhan Pamuk, Orhan Kemal və Ahmet Hamdi Tanpınarın əsərlərini çevirərək çap edirlər.

Söhbət TEDA layihəsi çərçivəsində tərcümə qrantı almaq üçün xarici ölkələrdən Türkiyənin Mədəniyyət Nazirliyinə edilmiş müraciətlərdən gedir.

TEDA fəaliyyətə başlayandan, yəni 2005-ci ildən bəri Orhan Pamukun əsərləri 71, Orhan Kemalın əsərləri 51, Ahmet Hamdi Tanpınarın əsərləri isə 43 dilə çevrilib.

Amma əgər söhbət konkret bir əsərdən gedirsə, burada Tanpınarın iki romanı liderdir.

Tanpınarın 50 il qabaq yazdığı və Türkiyənin şərqlə qərb arasında seçim etmək çabalarından bəhs edən "Saatleri Ayarlama Enstitüsü" romanı 22, digər əsəri "Huzur" ise 18 dilə tərcümə edilib.

Daha sonra Pamukun "Masumiyet Müzesi" (13) və "Kara Kitap" (11) romanları, Orham Kemalın "Baba Evi" (9) və "Cemile" (8) əsərləri gəlir.

TEDA çərçivəsində əsərləri ən çox maraq doğuran türk yazarlar arasında Elif Şafak, Reşat Nuri Güntekin, Oya Baydar, Mario Levi, Aytül Akal, Ayfer Tunç, Hakan Günday da var.

TEDA (Türk Kültür, Sanat ve Edebiyatı ile ilgili Eserlerin Türkçe Dışındaki Dillerde Yayımlanmasına Destek Projesi) layihəsi haqda burada ətraflı.
XS
SM
MD
LG