Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:30

1-ci sinif şagirdlərindən çoxu oğlandır


Foto: Arxiv
Foto: Arxiv
-
2013-2014-cü tədris ilində 1-ci sinfə təxminən 75 min oğlan və 66 min qız gedəcək. Ötən il bu rəqəmlər uyğun olaraq 73 min və 62 mindən artıq olub.

Bu barədə Təhsil Nazirliyinin AzadlıqRadiosunun sorğusuna cavabında deyilir. Sorğu birinci sinif şagirdləri arasında qız-oğlan nisbəti ilə bağlı idi.

Ümumi təhsil məktəblərində 1-ci sinif şagirdlərinin tərkibi
Oğlanlar Qızlar Cəmi

2012-2013-cü tədris ilində ümumi təhsil məktəblərində
1-ci sinif şagirdlərinin faktiki sayı

73182 62359 135541

2013-2014-cü tədris ilində ümumi təhsil məktəblərində 1-ci sinfə gedəcək şagirdlərin gözlənilən sayı

74998 66168 141166

Bu yaxınlarda açıqlanmış beynəlxalq araşdırma Azərbaycanda qızların 10%-nin dünyaya göz açmamış məhv edildiyini üzə çıxarıb. Rəsmi statistikaya əsasən aparılmış araşdırma ölkədə hər 100 qıza 115 oğlan düşdüyü qənaətinə gəlmişdi.
XS
SM
MD
LG