Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Milli Şura özünü çətinə salıb [Video]


Milli Şura ehtiyat vahid namizədin seçilməsi barədə qərar verdi
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00
-
Avqustun 18-də Milli Şura aksiya keçirir, ardından – bir gün sonra toplanır ki, ehtiyat namizəd seçsin. 3 saata bitməli toplantı azı 5 saat çəkir. Ara-sıra toplantıdan çıxanlar vəziyyətin çətin olduğunu, razılığa gələ bilmədiklərini söyləyib yenidən qayıdırlar qapalı qapılar arxasına.

«HEÇ NƏ...»

Vaxt uzandıqca ayrı-ayrı partiyaların bayırda gözləyən üzvləri pəncərədən toplantı keçirilən otağa boylanır, müzakirələrdə səslənən fikirləri eşitməyə çalışırlar. Nəhayət, toplantının keçirildiyi otaqdan alqış səsləri yayılır. Bayırda gözləyənlər içəridən çıxanlara – qapıya sarı tələsib, nə qərara gəlindiyini soruşur və ən çox bu cavabı eşidirlər: «Heç nə».

Toplantını «incik» tərk edən partiya üzvləri də vardı.
Foto: Arxiv
Foto: Arxiv

Bir neçə dəqiqə ötür və jurnalistlər üçün brifinq başlanır. Burada bildirilir ki, Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyini saxlamaqla ehtiyat namizədlə bağlı qərar qəbul edib. Onun kimliyi qurumun növbəti toplantılarında müəyyənləşəcək.

MİLLİ ŞURANIN AZI 16, ÇOXU 19 GÜNÜ VAR...

Hüquqşünas Elman Fəttah öz «Facebook» hesabında yazır ki, Milli Şura namizədin sənədlərini ən geci avqustun 23-də MSK-ya təqdim etməlidir: «...O tarixdən gec olsa, seçkilər əldən getdi».

Onun dediyinə görə, namizədliyin qeydə alına bilməsi üçün azı 16 gün lazımdır. Deməli, bu günü – avqustun 20-ni də hesablasan, Milli Şuranın ən çoxu 19 günü qalıb, axı sentyabrın 9-da imza vərəqələrinin qəbulu başa çatır.

Bu gün bitməkdə, amma Milli Şuranın ehtiyat namizədini müəyyənləşdirəcəyi toplantının tarixi bəlli deyil. Hələlik, əsasən, iki nəfərin – Cəmil Həsənli və Mehman Əliyevin ehtiyat namizədliyi dartışılır.
Mehman Əliyev
Mehman Əliyev

«MƏN HƏR ZAMAN HƏR ŞEYƏ HAZIR OLMUŞAM»

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, onun namizədliyinin irəli sürülməsi Milli Şuranın qərarından asılıdır:

- Mənim qərarım müzakirələrin gedişindən, tərəflərin mövqeyindən, tərəflərin razılığından asılıdır. Baxacağam vəziyyətə.

– Cəmi üç gün vaxt var. Qəti qərara gəlməniz üçün 3 gün yetər?

- Bu, Milli Şuranın verəcəyi qərardan asılıdır. Mən dəqiq bilmirəm.

– Milli Şura sizin namizədliyinizi irəli sürsə, buna hazırsınız?

– Mən hər zaman hər şeyə hazır olmuşam.

Anar Məmmədli
Anar Məmmədli
SEÇKİÖNCƏSİ SƏSSİZLİK...

Milli Şura ehtiyat namizədin önündə bir şərt qoyub: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınarsa, o, öz namizədliyini vahid namizədin xeyrinə geri götürməlidir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, Milli Şura öz namizədinin sənədlərini tez bir zamanda MSK-ya təqdim etməlidir, əks halda vəziyyət çox ağırdır:

«Düşünürəm ki, bütün hallarda çətin olacaq. Prosesləri tezləşdirmək, sürətləndirmək lazımdır. Bu gün ayın 20-dir. Onların cəmi 19 gün vaxtları var. Bəlkə də 19 günə çatdırmaq oldu, hər halda hər itirilən gün onlardan gedir. Ümumiyyətlə, təəssüf ki, seçkiöncəsi mühit elə də ürəkaçan deyil. Biz seçkiöncəsi bir dinamizm, canlanma gözləyirdik, amma Milli Şuranın sonuncu aksiyasını çıxsaq, seçki mühiti duyulmur».

MİLLİ ŞURA ÖZÜ ÖZÜNÜ ÇƏTİNƏ SALIB?

Avqustun 19-da Milli Şuranın toplantısı gedərkən, bayırda gözləyən partiya üzvləri, arada, bir-biriylə mübahisəyə girsələr də, bir məsələdə ortaq məxrəcə gəlirdilər ki, Milli Şuranın özü özünü çətinə salıb. Rüstəm İbrahimbəyov iki ölkənin vətəndaşıdırsa, niyə onun namizədliyi irəli sürülürdü?
XS
SM
MD
LG