Suriyada tükürpədən görüntülər
QEYD: Güclü təsiredici səhnələr var! Suriyanın paytaxtı Dəməşqin ətrafında iddia olunan kimyəvi silahla hücumdan sonra çəkilmiş bu video sosial şəbəkələrdə yayılıb. Yerli xəstəxanada çəkilmiş videoda aralarında uşaqlar da olan qurbanlar görünür. Londonda mənzillənən Suriyada insan haqlarının monitorinqi qrupu avqustun 21-də səhər saatlarında yaşayış məskəninə kimyəvi maddələrlə hücum edildiyini, onlarla adamın həlak olduğunu bildirir. Amma hökumət hücumu prezident Bashar al-Assada tabe olan qüvvələrin törətməsi barədə iddiaları rədd edib. Bu videoda əks olunan halları başqa müstəqil mənbələrdən təsdiq etdirmək mümkün olmur. Reuters agentliyi.
Arxiv
-
Oktyabr 31, 2024
Qərb Gürcüstanla bağlı nə qərar verəcək?
-
İyul 22, 2024
Bayden seçkilərdə iştirakdan imtina etdi