Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:06

Suriyada son iki ilin vətəndaş müharibəsində əsas anlar [TIMELINE]


Arxiv foto: Suriyada kimyəvi silahla hücumdan həlak olan dinc sakinlərin cəsədləri dəfn üçün hazırlanır.
Arxiv foto: Suriyada kimyəvi silahla hücumdan həlak olan dinc sakinlərin cəsədləri dəfn üçün hazırlanır.
-


Hər şey 2 il əvvəl - 2011-ci ilin fevralında prezident Bashar al-Assad əleyhinə dinc kütləvi etiraz aksiyaları ilə başlasa da sonradan qanlı vətəndaş müharibəsinə çevrildi və indiyə qədər 100 000-dən çox adam həlak olub.

"Ərəb Baharı" inqilabları ilə Tunis və Misirdə kök salmış avtokratik rejimlər yıxılandan sonra Suriyada da Assad rejimi əleyhinə kütləvi etiraz aksiyaları başladı.

İlk gündən hökumət bu aksiyalara ikili reaksiya verdi - bir tərəfdən aksiyalara çıxanlar öldürülür, bir yandan da həbsxanalardan siyasi məhbuslar azad edilirdi.

Hökumət həmçinin ölkədə son 50 ilə yaxın müddətdə davam etmiş fövqəladə vəziyyət rejimini ləğv etdi.

Amma artıq qarşıdurmalarda həlak olanların sayı 1000 nəfərə yaxınlaşırdı. Prezident Bashar al-Assad bir neçə dəfə siyasi islahatlar vədlərinə müxalifəti inandıra bilmədi.

Beləliklə, hadisələr qanlı vətəndaş müharibəsinə səbəb oldu, BMT-nin təxminlərinə görə indiyədək 100 000 nəfərdən çox adam həlak olub.

Ötən həftə kimyəvi silahdan istifadə edilərək yüzlərlə dinc sakinin qətlə yetirilməsi isə artıq beynəlxalq güclərin Suriya rejiminə qarşı hərbi müdaxiləsi mövzusunu aktuallaşdırıb.

AzadlıqRadiosu küçə etirazlarından başlayıb məzhəb əsaslı vətəndaş müharibəsinə, kimyəvi silahla yüzlərlə adamın qətlə yetirilməsinə qədər inkişaf edən prosesin qısa tarixçəsini hazırlayıb:

XS
SM
MD
LG