Suriyada oğluna qovuşan atanın ürək parçalayan fəryadı...
Suriya paytaxtı Dəməşqin yaxınlığında Zamalka qəsəbəsinə kimyəvi silahla hücumda gənc ata azyaşlı oğlunun da öldüyünü zənn edərkən bir həftə sonra onu sağ-salamat tapır. Oğluna qovuşarkən özünə hakim ola bilməyən bu atanın ürək parçalayan fəryadı günlərdir sosial şəbəkələrdə ildırım sürətilə yayılır. Videonu sosial şəbəkələrdən götürüb yayan Reuters agentliyi orda əks olunanların doğruluğunu yoxlamaq iqtidarında olmadığını qeyd edir. Amma avqustun 21-də həmin əraziyə zəhərli qazla hücumda azı 300 nəfər həlak olub, çox sayda insan da yaralanıb.
Arxiv
-
Oktyabr 31, 2024
Qərb Gürcüstanla bağlı nə qərar verəcək?
-
İyul 22, 2024
Bayden seçkilərdə iştirakdan imtina etdi