Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Ermənistan rəsmisi Rusiyanın təzyiqindən danışdı (VİDEO)


Ermənistan Avropa Birliyi ilə Rusiya arasında
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Ermənistan Avropa Birliyi ilə Rusiya arasında

-

"Avropa strukturları və avropalı tərəfdaşlarımızın dəstəyi ilə reallaşdırdığımız siyasi islahatlar Ermənistan üçün çox mühümdür və biz həmin islahatları davam etdirməkdə, Avropa Birliyi ilə əməkdaşlığın hədəflədiyi siyasi məqsədlərə çatmaqda israrlıyıq”


Ermənistan prezidentinin icra aparatının rəhbəri Vigen Sarkisian Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibə verib.

Müxbir ondan soruşub ki, Ermənistanın Rusiya, Belorus və Qazaxıstanın təmsil olunduğu Gömrük İttifaqına qoşulmaq qərarı onun noyabrda Vilnüsdə Avropa Birliyi ilə dərin əməkdaşlığa dair saziş imzalamasına təsir edəcəkmi?

Vigen Sarkisian deyib:

“Qətiyyən. Biz bunu dəfələrlə bəyan etmişik və Ermənistan prezidenti də dünən rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa strukturları və avropalı tərəfdaşlarımızın dəstəyi ilə reallaşdırdığımız siyasi islahatlar Ermənistan üçün çox mühümdür və biz həmin islahatları davam etdirməkdə, Avropa Birliyi ilə əməkdaşlığın hədəflədiyi siyasi məqsədlərə çatmaqda israrlıyıq”

Vigen Sarkisian vurğulayıb ki, Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı üzrə Vilnüsdə keçiriləcək sammitə hazırlıq yönündə çalışmaqda davam edəcək.

Sammitdə Avropa Birliyi ilə Ermənistan arasında assosiativ sazişin bağlanması gözlənilir.

Vigen Sarkisian deyir ki, Gömrük İttifaqına qoşulmağın Avropa Birliyi ilə sazişin bağlanmasına mane olacağı haqda fikirlərlə tanışdır. Amma Ermənistan hər iki istiqamətdə tərəfdaşları ilə işləməkdə davam edəcək və ortaq məxrəc tapmağa çalışacaq.

Gömrük İttifaqına qoşulması üçün Ermənistana Rusiya tərəfindən təzyiq edilib-edilməməsi ilə bağlı suala Vigen Sarkisian belə cavab verib:

"Mən sizi əmin etmək istəyirəm. Ermənistanın elə bir tərəfdaşı yoxdur ki, bu məsələdə onunla təzyiq, şantaj, yaxud ultimatum dilində danışsın. Bu məsələdə vəziyyət lap əvvəldən fərqli olub - Gömrük İttifaqının yaradılmasından Ermənistan həmin prosesdə iştirak etmək marağını ifadə edib”.
XS
SM
MD
LG