Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Əli Həsənov qalmaqallı debat haqda danışıb


Əli Həsənov
Əli Həsənov
-
“İTV-dəki məsələ namizədlər arasında baş verən prosesdir, hakimiyyət buna müdaxilə etmək niyyətində deyil”

Bunu “Media forum” saytına müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

“Prezidentliyə namizədlərin hərəkətləri, davranışları, işlətdikləri ifadələr, özlərini aparmaları, bir-birilərinə münasibəti nümunə olmalıdır. Onların hər biri Azərbaycanı idarə etmək iddiasında olan, bunun üçün çalışan insanlardır. Ona görə də prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir.

Hər halda İTV-dəki məsələ namizədlər arasında baş verən prosesdir. Hakimiyyət buna müdaxilə etmək niyyətində deyil. Bizim belə bir fikrimiz yoxdur".

Debat
Debat
Əli Həsənov Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin debatı pozması ilə bağlı suala cavab olaraq digər namizədlərin də hərəkətində qüsurlar olduğunu bildirb.

“Hakimiyyət nümayəndəsi olaraq prezidentliyə namizədlərin hər hansı hərəkət və davranışı haqda fikir bildirmək, rəy vermək istəmirəm. Çünki bu, istənilən halda yaxşı yozulmayacaq. Amma prezidentliyə namizədlərin oradakı hərəkətlərinə nəzər salsanız görərsiniz ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var.

Bütövlükdə götürəndə baş verənlər seçki prosesi üçün xoşagələn hal deyil. Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz. İnsanlar televiziya qarşısında oturur və prezidentliyə namizədlərin çıxışlarını gözləyir. Vətəndaşlar qarşıdakı illərdə onları nələr gözlədiyini, hansı alternativ layihələrin, təkliflərin olduğunu öyrənmək istəyirlər. İnsanlar namizədlərdən konkret təklif, layihə, inkişafa xidmət edən ideyalar gözləyirlər. Amma onların televiziyada qarşılıqlı şəkildə ittihamlarla çıxış etmələri, bir-birilərinə qarşı təsdiqini tapmamış kompromatlar irəli sürmələri, belə kompromatlarla günahlandırmaları ilə rastlaşanda vətəndaşlar bunu yaxşı qarşılamırlar, məyus olurlar” deyə Əli Həsənov bildirib.

Sentyabrın 19-da prezidentliyə namizədlərin İctimai Televiziyada iştirak etdiyi dəyirmi masada qalmaqal baş verib. Milli Şuranın namizədi Cəmil Həsənlinin çıxışı zaman Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müdaxilə edib, təhqiramiz ifadələr işlədib. Cəmil Həsənli çıxışı davam etdirərəkən Hafiz Hacıyev ona butulka atıb.
XS
SM
MD
LG