-
MİLLİ ŞURA İTV-yə CAVAB VERİR...
«Prezidentliyə namizəd Cəmil Həsənli təşviqat üçün ayrılmış efir vaxtından istifadə edərək, digər həmkarına cavab verib, sonra isə əsassız şəkildə yenidən vaxt tələb edib». İctimai Televiziya və Radio Yayımları Şirkətinin sentyabrın 20-də yaydığı bəyanatda belə deyilir.
İctimai Televiziya namizədlərin dəyirmi masasındakı qalmaqalla bağlı bəyanat verib.
İTV-e
-MİLLİ ŞURA İTV-yə CAVAB VERİR...
«İctimai televiziya belə bir bəyanat verməklə bir daha xalqın televiziyası olmadığını göstərdi».
Cəmil Həsənlinin seçki qərargahının həmsədri Gülağa Aslanlı bu sözləri İTV-nin sentyabrın 19-da namizədlərin dəyirmi masasında baş verən qalmaqalla bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib.
«Hamının gözü qarşısında baş verən hadisə ilə bağlı İTV-nin belə beyanatla çıxış etməsi bu televizioyanın elə Hafiz Hacıyev hakimiyyətinin televiziyası olduğunu göstərdi».
Bəynatda deyilir:
«Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymayaraq çıxışını davam etdirib. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə etmiş və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməmişdir. Beləliklə o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə etmişdir. Bəyanatda deyilir ki, bu vaxtın 6 dəqiqə 15 saniyəsi onun sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxil etmişdir. (cəmi 12 dəqiqə 12 saniyə)».

Bəyanatda deyilir ki, nəticədə Dəyirmi Masanın müddəti proqramda nəzərdə tutulduğundan xeyli artıq çıxıb. O da vurğulanır ki, efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə pislənilir: «Bunu İTV-nin elektron poçtuna gələn məktublar və tamaşaçı və dinləyici zəngləri də təsdiqləyir».
İTV 19 sentyabr 2013-cü ildə keçirilmiş Dəyirmi Masanın videoyazısı araşdırılması üçün MSK-ya göndərib.