-
ƏN ÇOX OĞLAN GÜRCÜSTADNA DOĞULUR
Ana bətnində qız uşaqlarının abortlarla məhv edilməsi əsasən Çin və Asiya lkələrində geniş yayılmış təcrübədir. Amma bundan Qafqaz respublikalarında da geniş istifadə edilir.
Təbii halda hər 100 qız uşağına 105 oğlan doğulur. Amma oğlan uşaqları körpəlikdə xəstəliklərə qarşı çox dözümsüz olurlar. Ona görə təbiət cinslərə görə bərabərliyi zaman keçdikcə təmin edir.
Amma məsələn, Azərbaycanda və Ermənistanda hər 100 qız uşağına 115-dən çox oğlan doğulur. Gürcüstadna hətta 100 qıza doğulan oğlanların sayı 120-ni keçir.
Bu, hətta Hindistandan da böyük cinsi bərabərsizlikdir.
ULTRASƏS APARATLARI ABORTLARI ARTIRIR?
Cinslər arasında qeyri-bəravərsizlik xüsusilə 1991-ci ildən bu yana kəskin artıb.
Qafqazda abortlara xüsusilə də ailədə ikinci, ya da üçüncü uşağın cinsi qız olarkən əl atılır.
Məsələn, Ermənistanda əgər ailənin birinci uşağı qızdırsa, ikinci uşaq 61 faiz halda oğlan doğulur. olur. Yaxud birinci uşaq oğlan olarsa, ikinci uşağın qız olmasına çox da mane olmurlar. Yəni, bu ölkədə ailə üzvlərinin sayına deyil, kompozisiyasına diqqət yetitirlər.
Ucuz qiymətə ultrasəs müayinəsi vasitəsilə dölün cinsiyyətini erkən dövrlərdə müəyyən edirlər.
Sovet hakimiyyəti illərində ultrasəs müayinəsi əsasən orduda istifadə olunan nadir tibbi avadanlıqlardan idi, onun Qərbdən idxal olunması da qadağan idi.
GERÇƏK SƏBƏB GƏLƏCƏK ƏSGƏRLƏRİ ÇOXALTMAQDIR?
1991-ci ildə həmin tibbi avadanlıqların geniş yayılması ilə abortlar da artmağa başlayıb.
Amma bu tibbi avadanlıqlar Ukrayna və başqa qonşu ölkələrdə də yayılsa da abortlar daha çox Qafqaz regionunda artıb.
Burda siyasi səbəb ola bilər. Çünki hər üç Cənubi Qafqaz ölkəsində dondurulmuş münaqişələr var. Bu münaqişələr ailə planlaşdırılmasında oğlanlara üstünlük verilməsinə səbəb ola bilər.
Mənbələr:

John Bongaarts: “Oğlan uşağı istəyinin həyata keçirilməsi” - Population and Development Review dərgisi.
Marc Michael: "Qafqazda qız uşaqlarının azalmasının gerçək sirri" - International Perspectives on Reproductive Health dərgisi.