Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Yarım milyon gənc ilk dəfə…


Dini liderlər
Dini liderlər
-
Sentyabrın 23-də 4 gün öncənin bir seçki çağırışı dartışma doğurub. Sentyabrın 19-da Azərbaycanın müsəlman, pravoslav və yəhudi dini liderləri prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırmışdılar.

Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmuş bəyanatda deyilirdi:

«Biz Azərbaycan torpağının bərabərhüquqlu övladlarıyıq və... ən layiqli namizədin qalib gəlməsi prosesində ən yaxından iştirak etmək niyyət və əzmindəyik».

MSK ÜZVÜ MƏSƏLƏNİ QALDIRIB, ANCAQ...

MSK üzvü Almaz Qəhrəmanlı 2 gün öncə – sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun iclasında diqqəti bu məsələyə cəlb edib və deyib ki, dindarların bu çağırışı qanunvericiliyə ziddir:

«Seçki Məcəlləsinin 90.2-ci maddəsində konkret hansı subyektlərə seçkiqabağı təşviqat aparmağın qadağan olunduğu göstərilir – dini idarələrə, birliklərə, təşkilatlara seçkiqabağı təşviqat kampaniyasına qatılmaq yasaqlanır. Bu qadağa olduğu halda Qafqaz Müsəlmanları İdarəsi onlara aidiyyəti olmayan məsələyə niyə müdaxilə edib, qanunvericiliyi niyə pozurlar?
Bəşir Süleymanlı
Bəşir Süleymanlı
Mən bunu qaldırdım. Mətbuat Qrupunun rəhbəri Azər Tağıyev dedi ki, bundan məlumatsızam, məsələnin nə yerdə olduğunu bilmirəm, ona görə də məsələni araşdıracağam, bundan sonra lazımı ölçü götürüləcək».

Almaz Qəhrəmanlı növbəti iclasda buna toxunulmasa, məsələni yenə qaldıracağını söyləyir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı da MSK üzvünün fikirlərini bölüşür:

«Bu, ciddi qanun pozuntusudur. MSK məsələni ciddi araşdırmalıdır. Digər namizədlər də bu məsələ ilə bağlı MSK-ya müraciət etməlidirlər. Təəssüflər olsun ki, iqtidarın namizədi ilə bağlı məsələlərdə həmişə MSK-nın susqun qalmasını müşahidə edirik».

İlqar Məmmədov
İlqar Məmmədov
İLQAR MƏMMƏDOV ALİ MƏHKƏMƏYƏ ÜZ TUTUB

Sentyabrın 23-də «ReAL» Hərəkatının məhbus lideri İlqar Məmmədov Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Bu haqda onun vəkili Xalid Bağırov məlumat verib.

MSK İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almazkən, bu namizədliyin müdafiəsi üçün yetərincə imzanın toplanmadığını bildirib. Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyərək, minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna rəy verib. Bu qərardan şikayətdən sonra məsələyə Ali Məhkəmə baxmalıdır.

CƏMİL HƏSƏNLİ BÖLGƏLƏRƏ ÜZ TUTUR

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyasında bölgə mitinqlərinə də yer ayrılıb.
Milli Şuranın 22 sentyabr mitinqi
Milli Şuranın 22 sentyabr mitinqi

Cəmil Həsənlinin seçki qərargahının üzvü Gözəl Bayramlı xəbər verir ki, regionlarda ilk mitinqlər sentyabrın 29-da Gəncə və Şəkidə olacaq. Aksiyalara icazə verilməsi üçün digər rayonlara da məktublar göndərilib.

Sentyabrın 29-da Milli Şura yenə Bakıda mitinq keçirəcək.

70 MİNƏ YAXIN GƏNC İLK DƏFƏ SEÇKİLƏRƏ QATILACAQ

MSK katibliyinin rəhbəri Rövzət Qasımovun dediyinə görə, bu il yarım milyona yaxın gənc ilk dəfə prezident seçkilərinə qatılacaq. Onlardan təxminən 70 min nəfəri, ümumiyyətlə, ilk dəfə səs verəcək. Rövzət Qasımov bildirib ki, səsvermə günü – oktyabrın 9-da daha 150 gənc seçicinin 18 yaşı tamam olacaq. O, həmin gənclərin də səsvermədə iştirakının təmin olunacağını deyir.
XS
SM
MD
LG