-
ZAHİD ORUC: «ONLAR XAOSDA ÖZLƏRİNİ ÇOX YAXŞI HİSS EDİRLƏR»
...Hər bir ölkənin təhlükəsizliyi təmin olunmadan fərdin qorunmasından danışmaq artıqdır. Hamımızın sevdiyi Azərbaycana müxtəlif səviyyəli təhlükələr qalırsa, əmin-amanlığı azaltmaq üçün çağırışlar edilirsə, bizim burada təhsil, səhiyyə sahəsində platforma açıqlamağımız xeyli uyumsuz görünür...
...Özünü bu gün milli-demokratik düşərgədə sayan, guya bolşevizmi inkar edən bu qüvvələrin təfəkküründə bolşevizm elementlərinin olduğunu görməkdəsiniz. Onlar xaosda özlərini çox yaxşı hiss edirlər. Sabitlik şəraitində onların əl-qolu bağlanır. Aralarında – ölkə içərisində fəlakət olsun, faciə olsun – bundan fayda götürək düşüncəsi daşıyan insanlar var...
İLHAM ƏLİYEVİN NÜMAYƏNDƏSİ MÜBARİZ QURBANLI: «BU BÖLGƏDƏ, MDB-DƏ BELƏ BİR ÖLKƏ VARMI?»
...Siyasətdə milli maraq anlayışı var. Hər bir şəxs milli marağı göz önünə gətirərək siyasət yürütməlidir. Bu marağı yüksək səviyyədə yerinə yetirən şəxs İlham Əliyevdir. O, ümummilli lider Heydər Əliyevin başladığı siyasəti uğurla həyata keçirir. Bu siyasət daha güclü, daha zəngin Azərbaycanın olmasına təminat yaradır. Daha güclü, daha zəngin Azərbaycan işğal olunmuş torpaqların iqtisadi, hərbi qüdrətlə geri qaytarılması deməkdir...
...Bəzilərinə xatırlatmaq istəyirəm: 10 il ərzində Azərbaycanın ümumdaxili məhsulu 3-4 dəfə artıb. Bu bölgədə, MDB-də belə bir ölkə varmı? Sahibkarlara aşağı faizlə 1 milyard 200 milyon manat kredit verilib. Təhsilə, səhiyyəyə ayrılan vəsait o qədər yüksəkdir ki, bu, Azərbaycan təhsilini və səhiyyəsini öndə saxlamağa imkan verir.
27 min məktəb, 500 səhiyyə müəssisəsi tikilib. Qaçqınlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün nə qədər işlər görülüb. 82 müasir qəsəbə salınıb...
...Bəzi cənablar, xüsusilə radikal qanaddan olanlar, görünür, rəsmi statistikanı oxumurlar. Onlar ayrı-ayrı mənbələrdən Azərbaycanın əleyhinə olan yazıları oxuyurlar. Ötən görüşlərdə Milli Şuranın namizədi 48 milyard rəqəmini işlətdi. Azərbaycanın ÜDM-si 54 milyard manatdır. 2003-cü ildə ÜMD 7 milyard idi. Milli Şurada olanlar AXCP və Müsavat cütlüyünün qalıqlarıdır. Səriştəsizliklərindən hakimiyyəti qoyub getdilər və bu gün də səriştəsizliklərini nümayiş etdirirlər...
İQBAL AĞAYEV: «MİLLİ MARAQ ANLAYIŞI İNSANDAN BAŞLANIR»
...Milli maraq və Azərbaycanın inkişafından danışırlar. Mənim əleyhimə çıxışlar gedir. Milli maraq anlayışı insandan başlanır. Azərbaycanda insanların vəziyyəti məlumdur. Həkimin maaşı 150 manatdan çox deyil. Təhsilə «o qədər» vəsait qoyulur ki, maaş 160 manatdır. Təqaüdçülər 120-150 manata göz dikiblər...
...Biz «dəyişin» deyəndə pafoslu başa düşülür. Dövlət büdcəsinin artımı ilə bağlı ciddi rəqəmlər səslənir. Bunların hamısı neftin hesabınadır. Bizim şüarımız dəyişməkdir...
...Milləti, xalqı sevmək üçün ürəyi, vicdanı, layiqli həyat şəraiti yaşadacaq insanları nəzərə almaq lazımdır. Təkcə təcrübə əsas deyil...
İLYAS İSMAYILOVUN VƏKİLİ AKİF HEYDƏROV: «CƏZASIZ CİNAYƏTLƏR İNAMSIZLIQ SİNDROMU YARADIB»
...«Vətən bloku»nda əsas diqqət ölkədə düzgün aparılmayan daxili siyasətə, qanunların təmin olunmamasından yaranan fəsadların aradan qaldırılmasına yönəlib. Bizə görə ölkənin müstəqilliyi və istiqlalı insan haqlarının qorunması, torpaqlarımızın bütünlüyü, xalqın öz milli-mənəvi sərvətlərinə sahibliyi ilə ölçülməlidir. insanların haqları müxtəlif şəkildə pozulur. Cəzasız cinayətlər inamsızlıq sindromu yaradıb. İnsanların vicdan və əqidə azadlıqlarını təmin edən konstitusiyaya əməl olunmur. Hicablı qadınların təhsildən uzaqlaşdırılması qanunsuzluqdur və savadsız gələcəyimizin bünövrəsini qoyur...
...Ölkəmizdə dinə, dini maArifçiliyə mane olmayacağıq. Qanun qarşısında heç kimə fərq qoyulmayacaq...
HAFİZ HACIYEV: «ƏZİZ XALQIM, BUNLARIN PAFOSLU ÇIXIŞLARINA İNANMAYIN»
...Bir neçə gün əvvəl min-iki min nəfəri yığıb Cəmil Həsənli mənim haqqımda deyir ki, mənim kimi birisinin prezidentliyə namizəd olması Azərbaycan xalqına təhqirdir. Bizi meymun adlandırır. Mən isə deyirəm ki, ermənilərin qayınatasının prezidentliyə namizəd olması Azərbaycan xalqına təhqirdir...
...Əziz xalqım, bunların pafoslu çıxışlarına inanmayın. Cəmil Həsənlinin dediklərinin əsası yoxdur. Mən bunlarla bir dövrdə hakimiyyətdə olmuşam. Ciblərimi doldura bilmədim...
FƏRƏC QULİYEV: «BALAKƏNDƏ BADIMCAN ÇÜRÜYÜR»
Ölkəmizdə ərzaq təhlükəsizliyi öz hesabımıza olmalıdır ki, əyalətlər inkişaf etsin, urbanizasiyaya son qoyulsun, yeni iş yerləri açılsın. Bu gün kəndlinin istehsal etdiyi məhsul əlində qalır. Rəqabətdə məğlub olur. 8 milyard manatlıq ölkəyə gətirilən məhsulun, demək olar, hamısı ölkəmizdə istehsal olunur. Balakəndə badımcan çürüyür. Kəndlinin onu şəhərə gətirmək imkanı yoxdur, lakin Bakıda od qiymətinədir...
...Çıxış yolu yox deyil. Xalqdan qaynaqlanan siyasi iradə lazımdır. Bu siyasi iradəni biz hakimiyyətə gətirə bilərik. İndiki hakimiyyət mütləq dəyişilməlidir. Təbii ki, 2-ci şura hökuməti qurmaqla yox, milyarderlərin klubunun göstərdiyi parıltı ilə yox, sivil yolla. Biz dəyişiklik istəyirik...
SƏRDAR CƏLALOĞLU: «BİZ HARA GEDİRİK?»
...Mənə sual verdilər ki, biz hara gedirik? Hakimiyyət dəyişməzsə və ya siyasətini dəyişməzsə, bu gün Suriya, İraq haradadırsa, Azərbaycan da ora gedir...
...Əli Kərimlinin oğlu həbs olunub. 2003-cü ildə mən bu iqtidarın övladıma qarşı olan hərəkətini heç zaman unutmayacağam. Ata-anaya görə övladların cəzalandırılması qeyri-qanunidir. Təşviqat materiallarımız hər gün cırılır, lakin bunlara görə heç kim cəzalandırılmayıb...
...Vətəndaşlar mülkiyyətindən çıxarılır. Siz hansı qanunla vətəndaşların mülkiyyətinə qiymət qoyursunuz? Mən prezident olaramsa, hər bir vətəndaşa dəyən ziyan kompensasiya olunacaq...
ARAZ ƏLİZADƏ: «MİLLİ ŞURAYA NİFRƏTİMİ BİLDİRMƏK İSTƏYİRƏM»
... Milli Şuraya nifrətimi bildirmək istəyirəm. «Yeni Müsavat» qəzetində mənə şər dolu yazı gedib. Bundan sonra deyirlər ki, bizə qarşı sivil mübarizə aparın. Cəmil Həsənli demişdi ki, 22 sentyabr mitinqində platformasını bildirəcək. Onların platformasında nə var? Şər, böhtan, söyüş. Platforma isə yoxdur. Digər adamlara təhqirlər. Şüara baxın: Coni, boğ onu... Siz boğuşmağa gedirsiniz?...
...Namizədliyi verilən kimi Cəmil Həsənli qaçdı Londona. Xalqdan ümid istəyin. Xalqla danışın. İngilislə, rusla danışırsınız. Hələ də qul psixologiyası qalıb.
QÜDRƏT HƏSƏNQULİYEV: «HANSI ÜSTÜN KEYFİYYƏTLƏRLƏ SİZ İNDİKİ İQTİDARI ƏVƏZ ETMƏK İSTƏYİRSİNİZ?»
...Mənim ətrafımda, Cəmil Həsənlidən fərqli olaraq o tərbiyənin sahibi olan insanlar yoxdur ki, qızlar, qadınlar qarşısında əxlaqsız fikirlər səsləndirsinlər.
Cəmil Həsənli, siz indi söylədiniz ki, İlham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinin hüquqi əsası yoxdur. Lakin siz konstitusiyaya dəyişikliklər edilərkən, referendum əleyhinə yaradılan 4 təşəbbüs qrupundan heç birinə üzv olmadınız.
Hansı üstün keyfiyyətlərlə siz indiki iqtidarı əvəz etmək istəyirsiniz?
... Qarabağ probleminin həll olunmamasından danışır. Qarabağı Rusiya işğal edib və Rusiya da yardımçıdır. Bu yardımçıya Milli Şura hansı məktubu ünvanlayıb?
«Azadlıq» qəzetini izləyin, görün, Putin Bakıya gələnədək bir tənqidi yazı gedib Putin əleyhinə?...
CƏMİL HƏSƏNLİ: «İLHAM ƏLİYEV MİLLİ VƏ ANTİMİLLİ QÜVVƏLƏRDƏN DANIŞIB ÖLKƏNİ 2 YERƏ BÖLDÜ»
...Milli Şurada təmsil olunan insanların övladlarına qarşı təqiblər başlayıb. Oqtay Güləliyevin oğlu bıçaqlandı. Hakimiyyətin 6 dəqiqəyə dözümü yoxdur. Hanı İlham Əliyev ? Niyə o suallara cavab vermir?
... Qarabağla bağlı 10 ildə neyləyib? 20 ildə 20 metr torpaq alınmayıb. Bu 10 ildə 10 metr torpaq azad edibmi? Korrupsiyaya uğramış hakimiyyət heç vaxt torpaq azad edə bilməz...
...Burda çıxış edənlər deyir ki, dəyişiklik istəyirik. İlham Əliyev prezident olmaq istəyir. Heç bir dəyişiklik olmayacaq. Hanı vəd edilən islahatlar? Nəyin şahidi olduq? YAP ölkədə səriştəli rüşvət sistemi qura bilib. İlham Əliyev söz verib ki, hamının prezidenti olacaq. Milli və antimilli qüvvələrdən danışıb ölkəni 2 yerə böldü. Antimilli odur ki, korrupsiya bataqlığına yuvarladıb, müharibə gedən ölkənin sərvətini xarici ölkəyə daşıyır. Ölkənin milli sərvətinin də bölüşdürülməsində ədalətsizliyə yol verir...