Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

MSK ilkin nəticələri elan etdi, İlham Əliyev qalib elan olundu

İlham Əliyevi ilk təbrik edən ölkə başçısı kim oldu, müxalifətin növbəti planları nədir? 9 oktyabr seçkilərinin tam xronologiyasını burada oxu.

14:13 9.10.2013
SƏS VERMƏK ÜÇÜN BİLDİRİŞ VACİB DEYİL
Sumqayıt sakini Elçin Hüseynli AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirib ki, ailəlikcə bildiriş almayıblar. Harada səs verəcəklərini bilmirlər:

«Təkcə bizə yox, biz tərəflərdə yaşayan çox adama bildiriş gəlməyib. Adamlar hara gedəcəklərini, necə səs verəcəklərini bilmirlər. Ümumiyyətlə, bildiriş gəlmədən bizim səsvermə hüququmuz varmı?».

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzadlıqRadiosuna bildirib ki, Hüseynli ailəsi yaşayış qeydiyyatında olduqları ərazi üzrə seçki dairəsinə müraciət etməlidirlər:

«MSK saytında yaşayış qeydiyyatında olduqları ünvan üzrə seçki dairəsinin və məntəqələrinin xəritəsi də var. 115 qaynar xəttimizə də zəng vura bilərlər. Səsvermə zamanı bildirişin təqdim edilməsi vacib deyil. Əsas odur ki, şəxsiyyət vəsiqəsi, yaxud da kimliyi təsdiqləyən başqa bir sənəd olsun».
14:04 9.10.2013
14:01 9.10.2013
BAŞQASININ YERİNƏ İMZA
Xətai rayonu sakini Elşən Əmrahov AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirib ki, 36 saylı Seçki Dairəsinin 19 saylı məntəqəsində ona başqasının yerinə imza atmağı təklif ediblər:

«Mən siyahıda başqasının adını görəndə imzalamaqdan imtina etdim. Dedilər ki, sənin adın seçki siyahısında yoxdur. Mənim tələbimdən sonra adımı-soyadımı əlavə seçki siyahısına yazdılar və mənə imzalatdırdılar».

36 saylı Seçki Dairəsindən AzadlıqRadiosuna bildirdilər ki, komissiya üzvləri səhvən Elşən Əmrahova başqa ad-soyadın qarşısında imza atmağı təklif ediblər və buna görə ondan üzr istəyiblər.
13:57 9.10.2013
VALİDEYN İCLASI
Xəzər rayonunda 26 saylı məktəbin şagirdlərinin valideynləri ilə iclas keçirilib. Onlar 13 saylı Seçki Dairəsinin həm 9, həm də 10 saylı səsvermə məntəqələrində səs verməyə məcbur ediliblər.

Davamı

XS
SM
MD
LG