20:33
9.10.2013
YAP BAYRAM EDİR
Hakim Yeni Azərbaycan Partiyasının tərəfdarları İlham Əliyevin seçkidə qələbəsini qeyd etmək üçün saat 19:00-dan şəhərin mərkəzində - YAP-ın qərargahı qarşısında toplaşırlar.Qərargahın qarşısındakı bağda konsertə hazırlıqlar başlayıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, onlar əllərində İlham Əliyevin portretlərini tutublar. Şəhərdə bayraqlarla və «İlham – mənim prezidentim» transparantları ilə maşınlar dolaşır.
Zaqatala və İmişlidə də YAP qərargahları qarşısında konsertlər başlayıb.
20:25
9.10.2013
22 saylı Nəsimi rayonu İkinci DSK-nın 24 saylı məntəqəsində seçki bülletenləri sayılır
Your browser does not support iframes.
Your browser does not support iframes.
20:08
9.10.2013
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI BƏYANAT YAYIB
Bəyanatda bildirilir ki, seçki prosesində aşkarlığın daha geniş təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyasının rəsmi saytında olan bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı Mərkəzi Seçki Komissiyasının sifarişi əsasında bu sahədə ixtisaslaşmış "Happy Baku” MMC tərəfindən həyata keçirib.
Proqrama veb kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin "online” izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir. Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə şirkət qarşısında xüsusi tələblər qoyulub.
Proqrama veb kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin "online” izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir. Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə şirkət qarşısında xüsusi tələblər qoyulub.
“Sonradan bizə bəlli olub ki, proqramla iş başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə icraçı şirkət tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilmiş və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat verilməmişdir. Apple şirkəti tərəfindən təsdiq edildiyindən proqram modulunda 9 oktyabra təyin edilmiş prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və bu ilki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilmişdir.Test başa çatdıqdan sonra saytdan istifadə dayandırılsa da bu hal istifadəçilər tərəfindən haqlı olaraq anlaşılmazlıqla qəbul edilmişdir”.
Mərkəzi Seçki Komissiyası baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların bu ilki seçkilərə heç bir aidiyyətinin olmamasını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir və yaranmış anlaşılmazlığa görə seçki prosesinin bütün iştirakçılarından üzr istəyir.
Bəyanatı MSK-nın saytı yayıb.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzadlıqRadiosuna bu mobil telefon proqramı qalmaqalına dair təmsil etdiyi qurumun mövqeyini izah edir:
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzadlıqRadiosuna bu mobil telefon proqramı qalmaqalına dair təmsil etdiyi qurumun mövqeyini izah edir:
20:04
9.10.2013
RUSİYA SEÇKİLƏRİ TƏRİFLƏYİR
«Azərbaycanda keçirilən prezident seçkiLəri beynəlxalq standartlara uyğun təşkil olunub. Müşahidə etdiyimiz məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik».
Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov MSK sədri Məzahir Pənahovla görüşdə deyib.
M.Pənahov seçkilərə hazırlıq və səsvermənin təşkili barədə ona ətraflı məlumat verib. Deyib ki, prosesdə şəffaflığın təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün hallar tətbiq edilib, müşahidəçilər üçün lazımi şərait yaradılıb:
«Seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb ki, bununla da istənilən şəxs onlayn rejimdə səsvermənin gedişini həmin məntəqələrdə əvvəldən axıradək izləyə bilərlər».
V.Çurov deyib ki, Bakı ətrafında bir sıra dairə və məntəqələrdə olub:
«Seçkilər yüksək səviyyədə təşkil olunub. Səsvermənin gedişini izləyən müşahidəçilərin, eləcə də jurnalistlərin fəaliyyətində heç bir problem yoxdur. İlkin təəssüratlarımız müsbətdir».
Xəbəri MSK-nın saytı yayıb.