Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

MSK ilkin nəticələri elan etdi, İlham Əliyev qalib elan olundu

İlham Əliyevi ilk təbrik edən ölkə başçısı kim oldu, müxalifətin növbəti planları nədir? 9 oktyabr seçkilərinin tam xronologiyasını burada oxu.

12:10 9.10.2013
BAKI TİKİŞ FABRİKİNİN İŞÇİLƏRİ BİR NEÇƏ DƏFƏ SƏS VERİB
AzadlıqRadiosunun müxbiri Bakı Tikiş Fabrikinin binasında yerləşən 22 saylı Nəsimi 2-ci seçki dairəsinin 18 və 17 saylı məntəqələrində çoxu fabrikin işçilərindən ibarət qrupları bir neçə dəfə səs verməsi müşahidə edib.

Həmin qruplar fabrikin arxa qapısından çıxaraq yenidən səsverməyə qayıdır. İşçilərdən biri müxbirə səsvermədə iştirak üçün çağrıldığını deyib.
12:25 9.10.2013
QAYNAR XƏTT NECƏ İŞLƏYİR?
Nizami rayonu, Rüstəmov Rüstəmov küçəsində yaşayan Aygün Məmmədova AzadlıqRadiosunun “Qaynar xətt”ə şikayət edir ki, Mərkəzi Seçki Komissiyasının “115” qaynar xətti işləmir: “Nizami rayonu ərazisində bir Məzahir Rüstəmov, bir də Rüstəm Rüstəmov küçələri var. Mən Rüstəm Rüstəmov küçəsində yaşayıram. Bizə göndərilən bildirişdə küçənin adı tam göstərilmədiyinə görə hansı dairənin hansı seçki məntəqəsində səs verəcəyimizi bilmirik. Səhər saat 9-dan MSK-nın “115” qaynar xəttinə zəng edirik, cavab vermirlər”.
MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, “115” qaynar xətt səhər saat 8-dən aktivdir: “Özüm şahidiyəm ki, qaynar xəttə gələn zəngləri əməkdaşlarımız cavablandırır. Bundan başqa, dairə, məntəqə axtaran seçicilər MSK rəsmi saytından da məlumatlana bilərlər. Saytda hətta məntəqənin marşrut xəttini aydın göstərən xəritə də var”.
12:43 9.10.2013
SƏRDAR CƏLALOĞLU SƏS VERİB
Azərbaycan Demokrat Partiyasından prezidentliyə namizəd Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı məntəqəsində səs verib.
Sərdar Cəlaloğlu jurnalistlərə deyib ki, seçici fəallığının aşağıdır.
12:46 9.10.2013

Davamı

XS
SM
MD
LG