Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

Neft Fondu Afrikada və Cənubi Amerikada aktivlər alır


İndiyə qədər Avropa və ABŞ-dakı kifayət qədər ehtiyatlı aktivləri ilə yadda qalan Azərbaycan Dövlət Neft Fondu birdən-birə Afrika və Cənubi Amerikada da aktivlər almağa başlayıb. Bunu neft eksperti İlham Şaban Caspianbarrel.org-da yazır.

Caspianbarrel-ə Neft Fondundan daxil olan məlumata görə, 2013-cü il 1 oktyabrın tarixinə Fondun aktivlərinin cəmi 58,89%-i Avropanın payına düşüb.

Aktivlərin 16,88%-i Şimali Amerika, 9,95%-i isə Asiya-Sakit Okean hövzəsi regionunu əhatə edib. Coğrafi məkan olaraq Cənubi Amerika Neft Fondunun aktivlərinin 5,02%-ni özünə cəlb edə bilib.

Bundan əlavə Neft Fondunun investisiya portfelinin 1,45%-i Yaxın Şərq ölkələrinin, 0,01%-i isə Afrika ölkələrinin payına düşüb.

Neft Fondunun aktivlərinin 7,8%-i beynəlxalq maliyyə təşkilatlarının nəzarətindədir.

Hazırda Neft Fondunun ümumi aktivləri $35 mlrd 809 mln 200 min dəyərindədir.
Ilham Şhaban
Ilham Şhaban

Azadlıq Radiosu: Coğrafiya genişlənir, bəs pul o ölkələrdə konkret nəyə qoyulur?

İlham Şaban: Dövlət istiqrazlarına. Biz iki ildir gözləyirik, dövlət başçısı da onlara göstəriş verib, ancaq hələ ki, Neft Fondu o ölkələrdə gəlirli şirkətlərin səhmlərini almır. İstiqrazları alır. Onların da gəlirlik faizi çox cüzidir.

Azadlıq Radiosu: Neft Fondunun belə ehtiyatla yatırım etməyi sizcə düzgündürmü?

İlham Şaban : Baxın, Neft Fondunun 35,8 milyard dollar aktivi var. Fondun gəliri 9 ayda cəmi 300 milyon dollar olub. Bu o qədər aşağı gəlirlilik dərəcəsidir ki, adam utanır desin, gəlir əldə olunub.

Azadlıq Radiosu: Demək olarmı ki, bu boyda pul əslində səmərəsiz istifadə olunur?

İlham Şaban: Bəli, mən sizinlə razıyam. Məncə, Neft Fondu səhmlər almağa başlamalıdır.
XS
SM
MD
LG