-
Əsərlərini göndərdiyi “Knopf” nəşriyyatından “yox” cavabları alıb (Foto). Bunlardan biri onu hekayələr toplusu, digəri isə romanı ilə bağlı olub.
Amerikanın ən böyük nəşriyyatlarından olan “Knopf”un bir çox arxiv sənədləri Austin-dəki Texas Universitetində saxlanır.
“Knopf’un redaktoru Judith Jones 1968-ci ildə Munro-nun “Xoşbəxt kölgələrin rəqsi” adlı ilk hekayələr kitabını oxuyandan sonra ona yazır ki, kitabda xüsusi olaraq diqqət çəkən yeni bir şey yoxdur və çox mümkündür ki, oxucuların diqqətini cəlb etməsin.
Judith Jones yazıçıya göndərdiyi digər məktubda onun “Lives of Girls and Women” (Qızların və qadınların həyatı) romanı haqda fikrini bölüşür.
Romanın üslubunu bəyəndiyini yazsa da, yenə də “yox” cavabı verir. Bildirir ki, Munronun roman yazmaq bacarığı olsa da, onun sırf hekayə yazarı olduğu aydın görünür.
Munronun yaradıcılığı ilə bağlı mühazirələr oxuyan ədəbiyyatşünas Brian Doherty deyir ki, nəşriyyatların yüksək satışa nail olmaq üçün yazıçıları yazıya, ədəbiyyata yanaşmanı dəyişməyə sövq etməsini eşitmək üzücüdür.
Amerikada Munronun ilk romanını 1972-ci ildə “McGraw-Hill” nəşriyyatı çap edib və kitabın uğurundan sonra nəşriyyat onun hekayələr toplusunu da buraxıb.
Doherty bildirir ki, Munro-nun öz üslubu və ədəbiyyata baxışını dəyişmədən yazmağa davam etməsi yazıçılar üçün bir nümunədir.
www.dailytexanonline.com
oxuzali.az
Arxiv sənədləri göstərir ki, builki Nobel mükafatçısı, kanadalı yazar Alice Munronun Amerika kitab bazarına yol tapması asan olmayıb.