Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:46

Abunə marafonu «Azadlıq» qəzetini dirçəldir... [Video]


Abunə marafonu «Azadlıq»ı dirçəldə bilər
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00
-
«Azadlıq» qəzeti sabah – noyabr 16-da yenidən çap oluna bilər. Noyabrın 15-də keçirilən ianətoplama və abunə marafonu qəzeti, qismən də olsa, dirçəldib.

Qəzet noyabrın 12-dən çapını dayandırıb. «Azərbaycan» nəşriyyatına 25 min manat borc və 65 min manat məhkəmə cərimələri artıq aylardır ki, «Azadlıq»ı qapanmaq təhlükəsi ilə üz-üzə qoyub. Rəhbərliyin dediyinə görə, son aylar qəzetin çapa getməsi üçün az qala hər gün mübarizə aparmalı, «Azərbaycan» nəşriyyatını razılaşdırmalı olublar. Amma noyabrın 12-də nəşriyyat qəzetin çapından imtina edib.

Bu böhranlı vəziyyətdən çıxmaq üçün «Azadlıq» qəzeti abunə marafonu başladıb.

«Azadlıq» qəzetinin belə çətin vəziyyətə düşdüyünü bilib, cüzi də olsa, qəzetin xilası üçün əlimdən gələni etmək istədim» – Məmməd «Azadlıq»ın sıravi oxucularındandır. O, sosial şəbəkələrdən xəbər tutub ki, belə bir marafon keçirilir və qatılmaq qərarına gəlib. Onun kimi marafona qoşulan digər oxucular da inanır ki, ictimai dəstək olarsa, qəzet yenidən işıq üzü görər:

«Sanki 3 ildir ki, yazmıram, məni danışmağa qoymurlar. Ağzımı tutublar, susdurublar».

«HÖKUMƏT BİZİ PİS DURUMA SALIB»

«Azadlıq» qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu deyir ki, qəzetçi üçün qəzetsiz yaşamaq çətindir:
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

«Bu, həm bir cəhdimiz, həm də etirazımızdır. Biz insanlardan pulsuzluğa görə yardım istəmirik. Hökumət bütün vasitələrlə bizi pis duruma salıb».

Yığılan ianə və abunə haqları hesabına qəzetin yenidən çap ehtimalı yaransa da, bu, hələ «Azadlıq»ın böhrandan çıxması demək deyil. Nəşriyyata olan borcundan əlavə, qəzet 65 min manat cərimə də ödəməlidir. «Qasid» Yayım Firması isə qəzetə olan 50 min manatdan çox borcunu ödəmək istəmir. Qəzetin baş redaktor müavini Rahim Hacıyev deyir ki, yaxın gələcək üçün konkret söz demək çətindir, ümid yalnız gümanadır:

«Konkret söz demək hələ tezdir. Amma güman edirəm ki, bugünkü səylər, ictimaiyyətin köməyi, qəzetin böhranlı vəziyyətdən çıxması üçün atılan addımlar öz müsbət nəticəsini verəcək və biz öz fəaliyyətimizi davam etdirə biləcəyik».

«AZADLIQ»IN YERİ GÖRÜNÜR...

AXCP sədri Əli Kərimli artıq üç gündür iş masasında «Azadlıq»ın yerinin boş qaldığını söyləyir.
Əli Kərimli
Əli Kərimli
Dediyinə görə, informasiyaya olan ehtiyacını internet və media vasitəsilə ödəsə də, düşünür ki, ictimaiyyət məhz «Azadlıq»ı əlinə alıb oxumaq istəyir:

«Hökumətin də məqsədi belə bir tənqidçi medianı susdurmaqdır. Bununla öz aləmlərində istəyirlər hamıya dərs versinlər ki, heç kim cəsarət edib düz söz danışmasın».

«Azadlıq» qəzeti maddi sıxıntı ilə yanaşı, satış problemi də yaşayır. Oktyabrın 15-dən qəzetin metro stansiyalarında satışına qadağa qoyulub. Qadağanı kimin qoyduğu bəlli deyil. Yalnız bu gün – noyabrın 15-də bəlli olub ki, metro stansiyalarında mətbuat yayımı ilə məşğul olan «Metroservis»in fəaliyyətinə xitam verilib.

Satışında problem yaşayan «Yeni Müsavat» qəzeti də çıxış yolunu abunə marafonunda görüb. «Yeni Müsavat» belə bir marafona noyabrın 12-dən başlayıb.

Media eksperti Qulu Məhərrəmli düşünür ki, qəzetlərin dirçəlməsi üçün marafon çıxış yolu deyil:

«Bu çıxış yolu olmasa da, qəzetin özünüifadə, özünüqoruma vasitələrindən biridir. Cəmiyyətdə tənqidçi media olmasa, vəziyyət həqiqətən də ağırlaşa bilər».
XS
SM
MD
LG