Kiyevdə Leninin sonu
Dekabrın 8-də Kiyevin mərkəzində müxalifətin izdihamlı mitinqinin getdiyi zaman bir qrup adam Shevchenko bulavrındakı Leninin abidəsini aşıraraq çəkiclə parçalamağa başladı. Hakimiyyət baş verənləri vandallıq adlandırır. Müxalifət isə öz tərəfdarlarını belə hərəkətlərdən çəkindirməyə, hakimiyyətə ölkədə fövqəlada vəziyyət elan etmək üçün bəhanə verməməyə çağırdı.