Yerevanda Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu-nu etiraz aksiyası ilə qarşıladılar
Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak üçün dekabrın 12-də Ermənistana gedib. Yerevanda onu etiraz aksiyası ilə qarşılayıb, Türkiyəni I Dünya müharibəsi illərində erməniləri qırmaqda ittiham edən şüarlar səsləndiriblər.