-
Dekabrın 15-də Milli Şuranın qiymət artımı ilə bağlı mitinqi keçirilib.
Mitinqdə «Qiymətlər endirilsin!», «Bahalaşmaya son!», «İstefa», «İlham, çıx cibimdən», «Maydan üstəgəl Meydan» şüarları səslənib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxış edərək bildirib ki, qiymət artımının xeyrini görən yalnız hakimiyyətdir: «Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. Ona görə bu meydanlarda mübarizəsini davam etdirməlidir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Sevgili xalqım, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən».
Your browser does not support iframes.
Milli Şura sədri deyib ki, ölkənin bütün sahələri bərbad vəziyyətdədir. Xalq bu durumdan və qiymət artımından ancaq mübarizə aparmaqla çıxa bilər.
AXCP sədri Əli Kərimli öz çıxışında bildlrib ki, «bu acgözlər öz büdcələrini doldurmaq üçün yanacağın ardınca qazın da, işığın, nəqliyyatın da qiymətini qaldırmaq istəyəcəklər».
Əli Kərimli nitqində Global Witness təşkilatının Socarla bağlı araşdırmasına toxunub:
«Biz yaxşı bilirik Azərbaycanda neft, qaz bir ailənin monopoliyasındadır. Anar Əliyev kimdir ki, buna əlini uzatsın. Əlbəttə ki, əgər Azərbaycanda həmin oliqarxlar İlham Əliyevsiz bu oğurluqları etsəydilər, indi onların hamısının nəsibi həbsxanalar idi. Amma onlar çox rahatdılar, çünki bilirlər ki, bu prosesin başında İlham Əliyev durur. Və əlbəttə ki, Azərbaycan xalqı qarşısında bütün bunlara görə onun özü cavab verəcək».
TARİF ŞURASININ QƏRARI LƏĞV EDİLSİN
Mitinqdə qəbul edilən qətnamədə deyilir ki, neft məhsullarının qiymətlərinin artırılması barədə Tarif Şurasının 2 dekabr tarixli qərarı ləğv edilsin:
«Soyğunçu qiymət artımı dayandırılsın. Digər sahələrdə qiymət artımının baş verəcəyi barədə məlumat və müzakirələrlə bağlı xalqa aydın və etibarlı şəkildə rəsmi izahat verilsin. Hökumətin belə niyyəti varsa imtina etsin və qiymətlərin qaldırılmayacağı barədə zəmanət versin».
Qətnamədə daha sonra bildirilir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) şübhəli sövdələşmələri və son on ildə ölkədən 17 milyard manatın qanunsuz çıxarılması ilə bağlı beynəlxalq hesabatlarla əlaqədar Milli Məclisdə müzakirə açılsın, hökumət aydın və reallığa uyğun izahat versin.
Milli Şuranın mitinqi insidentsiz başa çatıb.
BŞBPİ AÇIQLAMA YAYIB
Tarif (qiymət) Şurası Aİ-95 benzininin 1 litrini 80 qəpiyə, Aİ-92 və Aİ-80 benzininin litrini 70 qəpiyə, dizel yanacağının litrini 60 qəpiyə qaldırıb. Orta hesabla neft məhsullarının qiymətləri 25-30 faiz qaldırılıb. Bu isə digər məhsul və xidmətlərinin qiymətlərinin artırılmasına rəvac verib.
Bakı Şəhər Baş Polis İdarəsi də Milli Şuranın bu gün keçirdiyi aksiya ilə bağlı məlumat açıqlayıb. Məlumatda deyilir ki, mitinqdə 700-ə qədər adam qatılıb və aksiya ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Dekabrın 15-də Milli Şuranın qiymət artımı ilə bağlı mitinqi keçirilib.
Mitinqdə «Qiymətlər endirilsin!», «Bahalaşmaya son!», «İstefa», «İlham, çıx cibimdən», «Maydan üstəgəl Meydan» şüarları səslənib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxış edərək bildirib ki, qiymət artımının xeyrini görən yalnız hakimiyyətdir: «Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. Ona görə bu meydanlarda mübarizəsini davam etdirməlidir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Sevgili xalqım, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən».
MŞ bahalaşma
Milli Şura qiymət bahalaşmasına etiraz mitinqi keçirib. AzadlıqRadiosu mitinqi canlı yayımlayıb. Canlı yayımın təkrarına baxmaq üçün: