Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
14:31 22.2.2014
SPİKER İSTEFA VERDİ, MÜXALİFƏT ƏN GECİ MAYIN 25-Ə QƏDƏR YENİ PREZİDENT SEÇKİSİ TƏLƏB EDİR

Fevralın 22-də parlamentin iclasında spiker Volodymyr Rybak elan edib ki, səhhətinə görə vəzifəsindən istefa verir.

İclasda müxalifət lideri Vitali Klitschko deputatları aksiyaçılara qarşı gücdən istifadə etdiyi üçün prezident Viktor Yanukovych-in dərhal istefaya çağırılması barədə bəyannamə qəbul etməsini tələb edib.

Klitschko deyib ki, Yanukovych paytaxtı tərk edib və hazırda hakimiyyətdə yeganə legitim orqan parlamentdir: "Ona görə parlament Yanukovych-i hakimiyyətdən kənarlaşdırıb mayın 25-dən gec olmayaraq yeni prezident seçkisi təyin etməlidir."


Yanukovych-in iqamətgahı mühafizəsiz qalıb
Ukrayna prezidenti Viktor Yanukovych fevralın 22-də paytaxt Kiyevi tərk edəndən sonra onun Mezhyhiriya şəxsi iqamətgahı mühafizəsiz qalıb. İqamətgahdan görüntülər.
16:06 22.2.2014
DAXİLİ İŞLƏR NAZİRİ VƏ SPİKER MÜXALİFƏTÇİLƏR OLDU

Fevralin 22-də Ukrayna parlamenti müxalifətdən olan hüquqşünas Arsen Avakovun Daxili İşlər naziri təyin edilməsi barədə qərar çıxarıb. O, yeni hökumət formalaşdırılana qədər ölkə polisinə rəhbərlik edəcək.


Parlamentin spikeri vəzifəsinə isə həbsdə olan keçmiş Baş nazir Yulia Tymoshenko-nun ən yaxın müttəfiqlərindən olan deputat Oleksander Tuchynov seçilib.


Müstəqillik Meydanında həlak olanlar üçün şamlar yandırılır, təmizlik işləri aparılır

Fevralın 22-də Ukrayna paytaxtı Kiyevdə sakitlik bərpa olunub. Prezidentin paytaxtı tərk etməsi və əsas hakimiyyət postlarına müxalifət nümayəndələrinin təyin olunmasından sonra Maydanda həlak olanlar üçün şamlar yandırılır, təmizlik işləri aparılır. AzadliqRadiosunun Ukrayna xidmətinin videosu.

Kiyevdə Müstəqillik Meydanında həlak olanlar üçün şamlar yandırılır, təmizlik işləri aparılır
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
17:01 22.2.2014
Rusiyadan yüksək vəzifəli şəxslər də Xarkovdadırlar. Onlardan biri olan Rusiya Dövlət Dumasında Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Pushkov özünün Twitter hesabında yazır: "Xarkovda toplantıda separatizmdən söhbət getmir. Çıxışların əsas mövzusu budur: "Biz ölkəni parçalamaq yox, onu qorumaq istəyirik".
17:14 22.2.2014
Fevralın 22-də Kiyevin mərkəzində keşik çəkən müxalifətin özünümüdafiə qrupunun üzvlərindən biri.
Əməkdaşımız Abbas Atilayın Kiyevdə çəkdiyi fotolar tezliklə saytımızda olacaq.

Davamı

XS
SM
MD
LG