Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:24

Amnesty International NİDA-çılarla bağlı imza toplayır


NİDA Vətəndaş Hərəkatının loqosu
NİDA Vətəndaş Hərəkatının loqosu
-

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International həbsdə olan NİDA Vətəndaş Hərəkatı fəallarının azadlığa buraxılması üçün imzatoplanma kampaniyasına başlayıb.

Kampaniya təşkilatın saytında keçirilir.

Amnesty International-ın müraciətində fəalların dərhal azadlığa buraxılması tələb olunur. Onlardan bəzisinin işgəncələrə məruz qaldığı, 17 yaşlı Şahin Novruzlunun 4 dişinin sındırıldığı, Məmməd Əzizovun qulağında problem yarandığı bildirilir.

Amnesty International hesab edir ki, gənclər ifadə azadlığı və dinc etirazların təşkilinə görə təqib olunurlar.

Təşkilat Azərbaycanın mayın 14-də Avropa Şurasının Nazirlər Komitəsində altıaylıq sədrliyi ərəfəsində ölkə prezidentini gəncləri dərhal azad etməyə çağırır.

Gənc fəallar ötən ilin martında Bakıda əsgər ölümünə yox şüarı ilə keçirilən aksiyada iştiraka görə həbs ediliblər. Onlar qanunsuz partlayıcı və narkotik maddələr saxlamaqda, habelə kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar.
XS
SM
MD
LG