12:23
24.4.2014
-
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə zalı dolduğundan binanın qarşında gözləyənlərin çoxu zala buraxılmayıb.
NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər AzadlıqRadiosuna deyib ki, polislər məhkəməyə gələn 100-ə yaxın adamı həmişə gözlədikləri bağda gözləməyə imkan verməyib. “Artıq əvvəlki proseslərdə durduğumuz yerdə dayana bilmirik. Bizi nisbətən kənara sıxışdırıblar”.
NİDA-çı gənclər ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar partlayıcı maddə əldə etmə, narkotik maddə saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılır.
Aprelin 17-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Həmin gündən gənclər buna etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə aclığa onların valideynləri də qoşulmuşdu. Aprelin 23-də valideynlər aclığı müvəqqəti dayandırıblar.

12:26
24.4.2014
13:24
24.4.2014
RT "@Zaurundostu: mehkeme davam edir.mehkemenin etrafinda destek coxaldiqca polis mudaxilesi de artir. #NIDA #azadet"
— Islam Shikhali (@mikrobloqqer) 24.4.2014
13:25
24.4.2014
RT "@umahmudzade: Mehkeme deyirler sabaha texire salindi #azadet" #NIDA