10:24
25.4.2014
#NIDA-çıların işi üzrə məhkəmə başlayır. Deyəsən bu dəfə zala buraxırlar http://t.co/OochYUFdCc
— AzadliqRadiosu (@RadioAzadliq) 25.4.2014
10:25
25.4.2014
RT @RadioAzadliq: #NIDA-çıların işi üzrə məhkəmə başlayır. Deyəsən bu dəfə zala buraxırlar http://t.co/OochYUFdCc
— Ceyhun Mamedov (@ceyhun_m) 25.4.2014
10:44
25.4.2014
Yollara polis postları qurulsa da, hələlik gələnləri məhkəmənin önünə buraxırlar. #azadet #NIDA
— Ceyhun Mamedov (@ceyhun_m) 25.4.2014
11:01
25.4.2014
Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb. Ötən günkü prosesdən fərqli olaraq bu gün polis məkəmə zalına girməyə imkan yaradıb. Polis məhkəmə keçirilən ərazidə gücləndirilmiş iş rejimində işləyir. AzadlıqRadiosunun müxbiri məhkəmə zalının dolu olduğunu bildirir.
NİDA-çı gənclər ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar partlayıcı maddə əldə etmə, narkotik maddə saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılır.
Aprelin 17-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Həmin gündən gənclər buna etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə aclığa onların valideynləri də qoşulmuşdu. Aprelin 23-də valideynlər aclığı müvəqqəti dayandırıblar