Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:29

NİDA-çıların məhkəməsi mayın 1-də davam edəcək

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi başlayıb.

AzadlıqRadiosu məhkəməni və məhkəmə binası ətrafında baş verənləri yaxından izləyir. Xəbərlər Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.
14:09 25.4.2014
ƏLİ KƏRİMLİ: «BİZ BU GƏNCLƏRİ TEZLİKLƏ AZADLIQDA GÖRƏCƏYİK»
Əli Kərimli
Əli Kərimli
NİDA-çı gəclərin məhkəməsini izləyən AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, o, məhkəmədən ədalətli qərar gözləmir.

Onun ehtimalına görə, hakimiyyət gəncləri həbs edəcək, amma onları həbsdə uzun müddət saxlaya bilməyəcək: «Artıq Azərbaycan Avropada ən çox siyasi məhbusu olan ölkəyə çevrilir. Mayda Avropa Şurasında Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycanda 130-dan çox siyasi məhbus olması elə Avropanın özünə başıaşağılıq gətirən bir haldır. Belə bir ölkə başqalarını insan haqlarına hörmətə neçə çağıracaq? Ona görə də düşünürəm ki, həm beynəlxalq, həm də cəmiyyətimizin səsi eşidiləcək və biz bu gəncləri tezliklə azadlıqda görəcəyik».
14:10 25.4.2014
SON SÖZ MAYIN 1-DƏ DEYİLƏCƏK

Gənc fəal Aygün Pəncəliyeva AzadlıqRadisuna deyib ki, vəkil Rəşid Hacılı ölkədə olmadığı və bu səbəbdən məhkəmənin təxirə düşməsi ehtimalına görə, ondan imtina edildi. Vəkillərin hamısı müdafiə nitqi söyləyiblər. Təqsirləndirilən şəxslər mayın 1-də son söz deyəcəklər.
16:28 25.4.2014
«NİDA-ÇILARA BƏRAƏT VERİLMƏLİDİR»

«NİDA hərəkatı fəallarının məhkəməsi ədalətsiz və sifarişlidir. Gənclər qanunsuz həbs olunublar, fiziki və psixoloji təzyiqlərə məruz qalıblar. Qanun pozuntusu məhkəmədə də davam edir».

Bunu aprelin 25-də keçirdiyi mətbuat konfransında «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Elşən Həsənov bildirib.

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı məhkəməni NİDA-çılara bəraət verməyə çağırıb.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva gənclərin «Molotov kokteyli» hazırlamalarına inanmadığını bildirib. O, aclıq aksiyası keçirən gənclərin səhhətinə görə narahat olduğunu deyib.

Davamı

XS
SM
MD
LG