Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Novruz Məmmədov amerikalı həmsədri tənqid edir


Novruz Məmmədov
Novruz Məmmədov
-

Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mayın 1-də Twitter profilində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick-in Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini tənqid edib:

«Hərdən elə təəssürat yaranır ki, cənab Vorlik Dağlıq Qarabağ münaqişəsini Twitter-də həll etmək istəyir» deyə Novruz Məmmədov bildirir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick öz Twitter profilində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı mütəmadi müxtəlif fikirlərini paylaşır.

Novruz Məmmədovun da Twitter hesabı var. O da tez-tez Dağlıq Qarabag münaqişəsi barədə yazır.
XS
SM
MD
LG