Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:53

Azərbaycanın sovet və üçrəngli bayraqları eyni gündə dalğalandı


... Əllərində sosialist Azərbaycanının kiçik bayraqlarını tutan gənclər, uşaqlar lap sovet dövrünü xatırladırlar...
... Əllərində sosialist Azərbaycanının kiçik bayraqlarını tutan gənclər, uşaqlar lap sovet dövrünü xatırladırlar...
-
Sovet İttifaqının və Azərbaycan SSR-in bayraqları dalğalanır...

... Əllərində sosialist Azərbaycanının kiçik bayraqlarını tutan gənclər, uşaqlar lap sovet dövrünü xatırladırlar...

... Mehdi Hüseynzadənin abidəsi önünə yığışan yaşlılar, cavanlar Kommunist Partiyasının üzvləridir.

«SOVETLƏŞMƏ HEÇ DƏ PİS DEYİL»


Kommunist Partiyası sədrinin müavini Fikrət Rəşidov əlindəki Sovet Azərbaycanı bayrağını göstərib deyir ki, bu, Azərbaycan Kommunist Partiyasının bugünkü bayrağıdır:

- Həm də vaxtilə Sovet Azərbaycanının bayrağı olub.
- Kənardan baxanda, bir az qəribə görünür, sanki Azərbaycanın yenidən sovetləşməsini istəyirsiniz...
- Azərbaycanın sovetləşməsi heç də pis deyil. Azərbaycan sosialist dövrünə qayıtsa, bütün insanların hüquqları bərabər olar. Bütün insanlar pulsuz müalicə, pulsuz təhsil alar. Ev təminatına malik olar. Bunlar hamısı insanların inkişafı üçündür. Bunun nəyi pisdir ki?.. Bu gün boşanmaların əksəriyyəti evsizlik, işsizliklə bağlıdır. Adını qoyurlar «qayınana ilə yola getmir».

Fikrət Rəşidovdan Ukraynada baş verənlər, Rusiyanın Krımı ilhaq etməsi haqqında soruşuram:
Kommunist Partiyası sədrinin müavini Fikrət Rəşidov
Kommunist Partiyası sədrinin müavini Fikrət Rəşidov


- Hər bir dövlət müstəqildir, başqa dövlətin ərazisinə işğalçı kimi münasibət bəsləyə bilməz. Ukrayna müstəqil dövlətdir, Azərbaycan da. Bizim Dağlıq Qarabağ kimi problemimiz olan yerdə biz Rusiyanın işğalını necə dəstəkləyə bilərik?

SOVET DÖVRÜ YAXŞI OLUB

Əlində sovet bayrağı tutmuş gənc qızdan hansı ölkənin bayrağını daşıdığını soruşuram. Rəna Nəcəfova adlı tələbənin cavabı belə olur:
«Müstəqilliyimizi qoruyuruq. Sovet dövrü indiki kimi müasir olmasa da, daha yaxşı və gözəl olub».

26 yaşlı Vüqar Mirzəyev də Azərbaycan Kommunist Partiyası Gənclər Təşkilatının üzvüdür:

«Bu, Azərbaycanın ən şərəfli bayrağından biridir. Həm də bu, bizim Qələbə bayrağımızdır. Biz bu qələbəni daim ürəyimizdə yaşadırıq. Fikirləşirəm ki, kommunizm bizim gələcəyimizdir. Kommunizm elə müstəqillikdir».
Parkın digər tərəfində isə əllərində üçrəngli bayraq tutmuş gənclər görünür.
Parkın digər tərəfində isə əllərində üçrəngli bayraq tutmuş gənclər görünür.

«GƏNCLƏRİN O BAYRAĞI GÖTÜRMƏYİ MƏNƏ QƏRİBƏ GÖRÜNDÜ...»

Parkın digər tərəfində isə əllərində üçrəngli bayraq tutmuş gənclər görünür. Sovet bayrağı tutanlara bir az təəccüblə baxırlar. Elnur Ağazadə bunun 9 Mayla bağlı olduğunu düşünür:

«Axı o dövrdə Azərbaycan SSRİ-nin tərkibində olub. Ancaq Azərbaycanın əsl bayrağı budur - müstəqil Azərbaycanın bayrağı. Yaşlıları başa düşdüm, gənclərin o bayrağı götürməyi mənə qəribə göründü...».

Bir azdan əllərində Sovet Azərbaycanının bayrağı olan gənclər Mehdi Hüseynzadənin heykəlinin qarşısına gül qoyub dağılışır.

... Üçrəngli bayraqlı gənclər isə abidə ətrafına müstəqil Azərbaycanın bayraqlarını düzürlər...
XS
SM
MD
LG