-
Mayın 20-də Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Thorborn Jagland-a 28 siyasi məhbusun adı olan siyahı təqdim olunub. Həmin məhbusların buraxılması xahiş edilib. Ancaq ölkədə 130 siyasi repressiya qurbanı var. Bu barədə mayın 26-da Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus məlumat yayıb.
Leyla Yunus deyir ki, həmin siyahıya adları salınan şəxslərin kimlər olduğunu bilmir. O, AŞ baş katibi ilə görüşdə 28 nəfərin adının təqdim olunmasına etiraz edib.
130 SİYASİ REPRESSİYA QURBANI
“Sülh və Demokratiya İnstitutu heç vaxt beynəlxalq qurumlara adları mediada getməyən siyasi repressiya qurbanının adını təqdim etməyib,” Leyla Yunus bildirir. Hüquq müdafiəçisi dövlətə xəyanət ittihamıyla saxlanmış jurnalist Rauf Mirqədirov, SMDT rəhbəri Anar Məmmədlinin adlarının həmin siyahıda olmadığını güman edir.
2014-cü il mayın 21-nə olan məlumata görə, Azərbaycanda 140 siyasi repressiya qurbanı var: onlardan 41-i vicdan məhbusu, 89-u siyasi məhbusdur. 130 siyasi repressiya qurbanı barədə məlumatı www.contact.az saytında əldə edə bilərsiniz. İngilis dilində; rusca versiya
“FİKİR AYRILIĞI OLMAYIB”
Mayın 20-də Thorborn Jagland-la görüşdən sonra RATİ sədri Emin Hüseynov Turan-a bildirib ki, təqdim olunan siyahıyla bağlı hüquq müdafiəçiləri arasında fikir ayrılığı olmayıb.
Amnesty İnternational 18 nəfəri vicdan məhbusu kimi tanıyır. 8 NİDA üzvü, REAL hərəkatının sədri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, jurnalistlər Əvəz Zeynallı və Hilal Məmmədovun adları həmin siyahıdadır.