Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:46

Repressiyalara Qarşı Müqavimət Mərkəzi yaradılıb


Leyla Yunus
Leyla Yunus
-
Sülh və Demokratiya İnstitutunun nəzdində Repressiyalara Qarşı Müqavimət Mərkəzi yaradılıb.

Bu haqda iyunun 9-da keçirdiyi mətbuat konfransında SDİ-nin direktoru Leyla Yunus məlumat verib.

«Hüquq-mühafizə orqanları qanuna yox, əmrə, siyasi iradəyə tabedir, belə olan halda bu qanunsuzluğa qarşı müqavimətdən başqa bir yol qalmır», - deyə L.Yunus bildirib.

L.Yunus indiyədək ölkədə mövcud olan hüquq müdafiə sisteminin insan haqlarının qorunmasında təsirli rola malik olmadığını söyləyib. Bu məsələdə ölkədəki hüquq müdafiəçilərinin, o cümlədən özünün də günahı olduğunu deyib. Mübarizə aparılmasına baxmayaraq, ölkədə ilbəil siyasi məhbusların sayının artmasını hüquq-müdafiə sisteminin yararsızlığının göstəricisi adlandırıb. Hazırda ölkədə 130 nəfər siyasi məhbus olduğunu bildirib.

L.Yunus indiyə qədərki hüquq müdafiə sisteminin dövlət başçısı İlham Əliyevi tənqid etməmək, hökuməti vətəndaş cəmiyyəti institutları ilə dialoqa dəvət etmək, məhbusları əfv fərmanı verilərkən siyasi məhbusların azad ediləcəyinə inandıraraq sakitliyə dəvət etmək kimi taktikasını yanlış və mənasız adlandırıb. Son əfv fərmanına olan ümidlərin doğrulmamasını gözlənilən sayıb.

Repressiyalara Müqavimət Mərkəzinin ilk iclası iyunun 11-də olacaq. L.Yunus ilk iclasın bu tarixə salınmasının təsadüf olmadığını deyib. Həmin gün ABŞ Helsinki Komissiyasının Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirəcək. Leyla Yunus deyib ki, həmin dinləmələrə Azərbaycanda insan haqlarının durumuna dair izahlı qeydlər göndərib.

Leyla Yunuas Anar Məmmədlinin, bloqqerlərin, «İsmayıllı hadisə»lərində həbs edilənlərin işində hər-hansı cinayət tərkibi olmadığı vurğulayıb. Deyib ki, bu həbslər sadəcə hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyətlərinin yarıtmazlığının nəticəsidir.

Hüquq müdafiəçisi jurnalist Rauf Mirqədirovla bağlı cinayət işinə cəlb olunması məsələsinə də toxunub. Bildirib ki, özünün və həyat yoldaşı Arif Yunusun pasportları hələ də qaytarılmayıb. Bank hesablarında olan pulları götürə bilmirlər, daimi izləməyə məruz qalırlar.
XS
SM
MD
LG