-
22 iyun tarixə «Böyük Vətən Müharibəsi» adı ilə düşən, 2-ci Dünya savaşının önəmli parçası sayılan bir müharibənin başlandığı gündür.
Hansı missiyanı daşısa da, kim basqınçı, kim basqına uğrayan olsa da, milyonlarla insanın canını alan, milyonlarca insanı şikəst edən, saysız ailələri başsız qoyan və ya tam məhv edən bir savaşdan söhbət gedir.
Bu müharibədə «Vətən uğrunda!» hayqıraraq düşmənin üstünə gedən Azərbaycan oğullarının sayı da yetərincə olub.
Hansı Vətənin?
Eyni zamanda bu savaşda kimin tərəfində vuruşmağı müəyyənləşdirməyən, nəyin düz-nəyin yanlış olduğunu ayırd edə bilməyən – taleyin didərgin saldığı igid döyüşçülər də olub.
Onlara «Balkan partizanları» deyirdilər. Faşistlərə əsir düşəndən sonra legionda qulluq edən azərbaycanlılar sonda «Balkan partizanları» adlandırılıblar.
Bu savaş, o dövrün deyimiylə, həm «vətən xainləri», həm də adı dillərdə gəzən əfsanəvi qəhrəmanlar yetirib...
AzadlıqRadiosunun «İz» proqramı bu sayında uzaq sahillərdə döyüşməyə məcbur qalmış 100-ə yaxın azərbaycanlıdan söz açır – «Russkoe getto» batalyonunun komandiri Cavad Həkimlidən, «Mixaylo» ləqəbli Mehdi Hüseynzadədən, «İvan Russkiy» ləqəbli Mirdamət Seyidovdan, «Kolya» ləqəbli Tağı Əliyevdən, Mikayıl Qulubəyovdan, Firudin Hüseynovdan, Canbaxış Canbaxşıyevdən, Əsəd Qurbanovdan, Rza Orucovdan...
Və... 162-ci milli diviziyanın komandiri, vaxtilə «Gəncə üsyanının qəhrəmanı» adını almış İsrafil bəy İsrafilbəyovdan...
Verilişin bələdçisi bu qəhrəmanlar haqqında filmlər müəllifi rejissor Tahir Əliyevdir.