Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:07

ATƏT PA-nın komitə rəhbəri Anar Məmmədli ilə görüşəcək


Anar Məmmədli
Anar Məmmədli

.

ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Komitəsinin rəhbəri, Portuqaliyadan olan deputat İsabel Santos Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli ilə görüşəcək.

İsabel Santos AzadlıqRadiosuna bildirib ki, iyulun 2-də günün sonuna qədər görüş təşkil olunmalıdır. Bu görüşdən sonra isə o, hökumətə müraciət edəcək.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli keçən ilin dekabrında həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham olunaraq 5 il 6 ay azadlıqdan məhrum edilib.

Anar Məmmədli və vəkilləri ittihamları əsassız iddialar, siyasi motivli təqib hesab edirlər.

XS
SM
MD
LG